Əsas Səhifə > Güney Press > "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır"
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır"Bu gün, 14:02 |
![]() “Dünya Ana dili gününün keçirilməsindən bir neçə gün sonra, yəni fevralın 26-sı İran parlamentində bir layihə təqdim olundu. Bu layihənin də mahiyyətində bu var idi ki, orada qeyri-fars millətlər üçün həftədə iki saat yeddinci və 10-cu siniflər üçün şərait yaradılsın ki, onlar öz dili və ədəbiyyatı haqqında məlumat alsınlar. Yəni “dil öyrənsinlər” deyil, dil və ədəbiyyat haqqında bir az məlumat alsınlar. Bu layihə 47 ildən sonra İran parlamentində gündəmə gətirildi və orada biz gördük ki, 246 “millət vəkilləri”ndən ibarət parlamentin iclasında 130 millət vəkili buna “yox” dedi. Beş nəfər tərəfsiz qaldı və 104 nəfər millət vəkili buna səs verdilər. Orada müxalif olanlar iddia etdilər ki, bu da İranın ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşıdır”. Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, halbuki bu layihənin hazırlanması, əsası onların dediyinə görə, İran konstitusiyasının 15-ci maddəsinə dayanır: “Orada nəzərdə tutur ki, fars dili rəsmi dildir, müştərək dildir, amma onunla yanaşı mətbuatda, məktəblərdə və s. digər xalqların dilləri də azaddır. Yəni oxuya bilərlər, bu davranış cinayət məsuliyyəti təşkil etmir. Hətta öz yazdıqları konstitutsiya əsasında qanun layihəsini parlamentə gətirirlər və sonra deyirlər ki, bu qanun ölkənin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşıdır. Bu da o deməkdir ki, İranda qeyri-fars millətlərinin dilinə, mədəniyyətinə və milli kimliyinə münasibətdə bir sistematik məhvetmə siyasəti var və bu siyasəti açıq şəkildə ortaya qoyulub”. Sadiq İsabəyli qeyd edib ki, bu layihə BMT-nin beynəlxalq mədəni və siyasi normativlərinə görə, mədəni soyqırıma bərabərdir. “Yəni əgər orada bir millətin dili, kimliyi, mədəniyyəti farslaşdırılırsa və ya inkar olunursa, onlar təhqir olunursa, demək ki, bu da məqsədyönlü aparılan bir siyasətdir və bu məqsədyönlü siyasətin də adı mədəni soyqırımdır. Bu mədəni soyqırım siyasətindən XXI əsrdə bu fars- molla rejimi əl çəkmək istəmir”-deyən Sadiq İsabəyli hesab edir ki, İranın Azərbaycan türklərinə münasibəti düşmənçilik əsasında formalaşan bir münasibətdir. “Bu, artıq onların ideoloji, siyasi mahiyyətini təşkil edən bir sürəcə keçib. Ondan da əl çəkmək istəmirlər. Əl çəkə də bilmirlər və çalışırlar ki, elə o ideologiya əsasında siyasətlərini aparmaqla hegemonluq məqsədlərinə çatsınlar. Bütün cəhdləri budur ki, desinlər ki, “İran yalnız fars dili əsasında formalaşan bir ölkədir. Orada digər millətlərin varlığı, mövcudluğu, kimlikləri artıq rəsmiyyətlə tanımır və bu əsasda da çalışırlar ki, siyasətlərini aparsınlar”-deyən siyasi şərhçi bildirib ki, biz öz növbəmizdə təbii ki, bütün bu proseslərə mədəni etirazlarımızı bildiririk. “Millətimiz artıq neçə gündür ki, müxtəlif formada bu məsələyə öz etirazını bildirir. Çünki haqlı olduğumuzu biz əsaslandırırıq. Yəni BMT-nin qəbul etdiyi qərarlar bizim millətə o imkanı verir ki, öz milli, mədəni hüquqlarını müdafiə etsin, onunla bağlı mübarizə aparsın. Təbii ki, bu istiqamətdə biz çalışırıq. Çalışırıq ki, millətimizə də bunu çatdıraq ki, bu, Azərbaycan türklərinə qarşı fars-faşist rejimi tərəfinə yönəlmiş bir soyqırım siyasətidir və biz icazə verə bilmərik ki, Azərbaycan dili və mədəniyyəti sistematik şəkildə qadağan edilsin, təhrif edilsin və millətimizin mədəni varlığı onun əlindən alınsın. Siz görürsünüz ki, bir çox yığıncaqlarda millətimiz bir ağızdan deyir ki, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan var olsun, istəməyən kor olsun”... Bunlar ciddi məsələlərdir. Ola bilsin ki, bu gün fars rejimi hələ də Azərbaycan dövlətinə, Azərbaycan dövlətinin xoş niyyətinə qarşı düşmənçilikdən əl çəkməsin, Güney Azərbaycanda yaşayan 40 milyondan çox Azərbaycan türkünün milli, mədəni və dil haqqını dansın və onu inkar edərək çalışsın ki, bu hüquqlardan o milləti məhrum etsin”-deyə Sadiq İsabəyli qeyd edib. “Bir məsələ də göz qabağındadır ki, İranla bağlı çox ciddi bir proses gedir. Zamanı gəldikdə fars rejimi bütün bu etdikləri zülmlərin bədəlini ödəmək məcburiyyətində qalacaqlar”-deyə siyasi şərhçi bildirib. Geri qayıt |