Əsas Səhifə > Güney Press > Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır

Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır


Bu gün, 13:04
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının preambulasında yer alan müstəqillik bəyannaməsinə istinadın əvəzlənməsi ilə bağlı təklifi keçiriləcək referenduma çıxarmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Hraparak" qəzeti hakim "Vətəndaş sazişi" partiyasındakı mənbələrə istinadən yazıb.

Bildirilib ki, dəyişiklik nəticəsində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.

Nəşrin məlumatına görə, Paşinyan geniş siyasi dəstək olmayacağı halda belə, bu planı həyata keçirməkdə qərarlıdır.

Qeyd edək ki, Paşinyan 2024-cü ilin sentyabrında Azərbaycanla sülh sazişinin bağlanması üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin mümkün olduğunu bildirib.

Fevralın 19-da Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin vacibliyini bəyan edib. Baş nazir Ermənistan hakimiyyətinin daha əvvəl irəli sürdüyü “Real Ermənistan” ideologiyası layihəsini təqdim edib.

Hökumət nümayəndələri 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər Konstitusiyanın yeni mətninin hazırlanması ilə bağlı planların olduğunu bildiriblər.

Geri qayıt