Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Siyəzənli məmur rəhbərliyi ilə bağlı şok faktları açıqladı
Siyəzənli məmur rəhbərliyi ilə bağlı şok faktları açıqladı28-04-2014, 15:20 |
“Əhalinin üzərində olan debütor borcların silinməsinə baxmayaraq, həmin borclar silinəndən 4-5 ay sonra yığılan növbəti debütor borc 150 min manat civarında şişirdilib. Bunu sübut da edə bilərəm. Mən bilirəm ki, bu borc hansı formada şişirdilib. İdarə işçiləri ay ərzində istədikləri vaxt sayğac göstəricilərini azalda və çoxalda bilirlər”. Zeynal Tağıyev Siyəzən qaz istismar sahəsinin Yenikənd kəndi üzrə xidmət rəisidir. Ancaq elə hədəfi də rayon qaz istismar idarəsidir. Deyir, prezidentin sərəncamı ilə əhalinin qaza olan borcu 2009-cu ilin oktyabr ayına kimi bağışlansa da, satış şöbəsinin müdiri Sədaqət Cümşüdovanın göstərişi ilə abonentlər əlavə borclarla yüklənir. Bununla da idarənin debitor borcu artaraq 150.000 manata yaxınlaşıb. ABONENT İŞLƏTMƏDİYİ QAZA GÖRƏ NİYƏ PUL ÖDƏSİN Kİ?.. “Elə abonentlər var ki, gəlirlər uçota dayanmağa, onlardan 150-155 manat alırlar, işlətməiyi qaza görə ayağına borc yazırlar. Bu ügn gəlir uçota dayanır, üzərinə 1500 kub qaz yazır. Niyə işlətmədiyi qaza görə pul ödəməlidir?” Xödmət rəisi deyir, bu məsələlərlə bağlı dəfələrlə müvafiq orqanlara məktublar yazıb. əvəzində təzyiqlərə məruz qalır: “İşlədiyim müəssisədə 120-yə yaxın işçi var. Onlardan biri də mənəm. Heç bir idarə işçisinin həyətində mənim həyətimdə olduğu qədər araşdırma aparılmayıb. Bu il martın 15-dən aprelin 20-dək sayğaca 8 dəfə baxış keçirilib. Heç bir qüsur aşkar etməyiblər. Oğluma və özümə aid olan sayğacları açıb aparıblar. Əlbəttə ki, bütün bunlar mənə qarşı olan qərəzdən irəli gəlir”. Xidmət rəisinin sözlərinə görə, ay ərzində 200-300 şübhəli, yaxud istismara yararsız sayğac açılır. Ancaq onların heç də hamısı yoxlamaya göndərilmir: “Sayğacları laboratoriyaya göndərəndə də şəxsi münasibətlərə üstünlük verirlər. Kiminlə münasibətləri varsa, o sayğaclar laboratoriyaya göndərilmir”. Zeynal Tağıyev deyir, yerli qaz istismar sahəsinin satış şöbəsinin müdiri təkcə onu yox, yaxın qohumlarını da sıxışdırır. Quşçuluqla məşğul olan Qismətəli Həsənov da yerli qaz istismar sahəsindən narazılqı edir: “Çox özbaşınalıqlar edirlər. Gəlib sayğacları ev yiyələrindən xəbərsiz açıb aparırlar laboratoriyaya, orada bildiklərini edirlər. Bir də xəbər tuturuq ki, üstümüzə cərimələr yazılıb. Yersiz yoxlamalardan cana doymuşuq”. Abonent deyir, bir müddət əvvəl sayğacı açıb aparıblar, qaz verilişi dayandırılıb. Quşçuluq sexini odunla, və maşın təkəri ilə qızdırmaq məcburiyyətində qalıb. Bir sözlə, min əziyyətlə qurub yaratdığı quşçuluq təsərrüfatının xeyrini görə bilmir: “Bu kənddə iş yoxdur. Adamlar banklardan götürdükləri yüksək faizli kreditlərlə min əziyyətə qatlaşıb özünə iş yeri düzəldirlər ki, acından ölməsinlər. Çörək üçün hökumətin üstünə getmirik ki... Ancaq gəlib qurduğumuz işə də pəl vururlar, İmkan versinlər, özümüz də dolanaq, hökumətin büdcəsinə də vergi verək. Pis işlə məşğul olmuruq ki...” QORUYUCUSUZ SAYĞACLARIN ƏNGƏLLƏRİ Başqa kənd sakini Ramil Həmzəliyev isə sayğacların qoruyucusuz olmasından narazılıq edir: “Gətirib sayğacı qoyurlar, qoruyucusu yoxdur. Evimdən kənar, üstəgəl də, qoruyucusu olmayan sayğa necə nəzarət edə bilərəm? Bu sayğaca görə niyə cərimələnməliyəm?” Siyəzən rayon qaz istismar sahəsinin satış şöbəsinin müdiri Sədaqət Cümşüdova nə Yenikənd üzrə xidmət rəisi Zeynal Tağıyevin, nə də başqa kənd sakinlərinin dedikləri ilə razılaşmır: “Dəfələrlə aşkar etmişik ki, o kənddə sayğaclara müdaxilələr olunur. Sayğaclar səslə işləyir. - Abonentlər şikayətlənirlər ki, sayğaclar xəbərdarlıqsız açılıb aparılır... - Elə şey yoxdur. Yerində akt tərtib olunur, abonent özü də o sənədə qol çəkir. - Sayğaclar açılarkən qaz verilişinin də uzun müddət dayandırıldığını deyirlər... - Hansısa sayğacı açanda mütləq yerinə müvəqqəti sayğac quraşdırılır. - Həmin kənd üzrə xidmət rəisi Zeynal Tağıyev iddia edir ki, debütor borclar şişirdilir... Boş sözdür. Borclar hesablanır göndərilir “Azəriqaz”a, orada bir şöbədə hesablanır, əgər artıq borc yazılıbsa, ləğv edilir. - Zeynal Tağıyev yaşadığı ünvanda yersiz yoxlamalar aparılmasından da narazılıq edir... - Onun evinə də, sayğacına da dəfələrlə baxış keçirilib. Ayın 5-i sayğacın şəkli çəkilib, bir neçə gündən sonra sayğac üzərindəki göstəricidə azaldılmış rəqəm aşkar olunub. Yəni əvvəlki rəqəm qazdan istifadə edildikcə bir neçə gün sonra artmalı idi. Ancaq bunun sayğacında azalmışdı. Yəni yoxladıq ki, evdə qaz cihazları ola-ola sayğacda sərfiyyətdən az miqdarda borc yazılıb. Oğlunun da evi yoxlanılıb, onda da sayğacın səslə işlədiyi aşkar edilib. Sayğacları laboratoriyadadır. Beləcə, Siyəzən qaz istismar sahəsi Yenikənddəki yoxlamaları sayğaclara müdaxilələrlə əsaslandırır. Abonentlərsə bildirirlər ki, qoruyucusuz sayğaca elə idarənin öz işçiləri də müdaxilə edə bilərlər. Debütor borcları şişirtmək üçün... Həm də abonentlər yerli qaz istismar sahəsinin özündə yoxlama aparılmasını tələb edirlər. Geri qayıt |