Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kəsəsi: Azərbaycanı sevə bilmirsənsə, tərk etmək zorundasan…

Kəsəsi: Azərbaycanı sevə bilmirsənsə, tərk etmək zorundasan…


29-04-2014, 15:35
Kəsəsi: Azərbaycanı sevə bilmirsənsə, tərk etmək zorundasan…
DİA.AZ: - Hər zaman bu mövzuya toxunmağımıza zərurət yarandıqda səbrimizi basmışıq. Düşünmüşük ki, ehtiyac yoxdur. Problemin miqyası böyük deyil. Kütləvilik əhəmiyyəti daşımır. Amma görükəni odur ki, vəziyyət bu gün təhlükəli həddədir.

Bəli, əzizlərimiz, burası Azərbaycandır. Böyük əksəriyyəti TÜRK olan Azərbaycan. Bu ölkənin bir nömrəli problemi var: ERMƏNİLƏR.

Ermənilərin Azərbaycan dövləti və Azərbaycan türkü üçün hansı əhəmiyyətdə problem təşkil etdiyini izahlama ehtiyacı varsa və bu ehtiyacın varlığından danışan varsa, demək, bu millətdən deyil və özünü bu dövlətdən hiss etmir. Onlara isə bir cavabımız var: AZƏRBAYCANI SEVMİRSƏNSƏ, TƏRK ETMƏK ZORUNDASAN…

Azərbaycan türkü bəlkə də gənc millət hesab oluna bilər. O qədər gəncdir ki, hələ də öz adı ilə çağrılmağı belə qəbahətdir. Bu çağırışı kimlərsə özlərinə basqı, Azərbaycan türkünün şovinistliyi kimi qəbul edirlər. Amma kimsə yer üzündə Azərbaycan türkünə öz adı ilə çağrılmasını, öz atasının kimliyi ilə tanıdılmasını qadağan edə bilməz.

Bu gün kimlərsə meydana atılıb Azərbaycan türkünün dəyərlərini təhqir etməyə belə qalxır. Azərbaycanın Qarabağ acısı ilə oynamağa belə cəsarət edir. Hövsələliyik, səbrliyik… Çünki səbr Allahın ən uca adlarından biridir. Yəni milli kimliyimizə bağlı olduğumuz kimi dini kimliyimizə də sədaqətliyik və bu ölkəni hansısa nurçuya, hansısa vəhabiyə, hansısa irançıya qapdırası deyilik. Bizim üçün bir dəyər var ki, onun da AZƏRBAYCANDIR!!!

Bu gün Azərbaycanın, Azərbaycan türkünün maraqlarını ayaqları altına alıb yadlara köpəklik edənlər də bilməlidirlər ki, bu gün öz dövləti və milləti uğrunda başını qoyacaq milyonlar var və dövlətimizin, millətimizin namını kiminsə yanında yerə verəcək deyilik.

Nədən bunları yazdıq? Zərurət var idi. Söylədik axı… Çünki elə bir şərait yetişib ki, bu ölkədə vəhabisi, nurçusu, irançısı, ermənipərəsti və digər pərəstşünası və nəçisi ortaya atılaraq AVROPADAN GƏLƏN dəyərsizlikdən istifadə edərək özünə meydan tapmağa çalışır.

Əzizlərimiz, demokratiya, demokratikləşmə o demək deyil ki, bu yolda Azərbaycan dövlətinin maraqları heçə sayılmalıdır. Demokratiya mənim millətimə xeyirli olanda gözəldir. Bu, həqiqəti artıq anlamaq vaxtıdır. Əks halda dəyərsizlik yaranır. O zaman isə təkcə dövlətlər yox, millətlər yox, bəşəriyyət zərər görür…

Kəsəsi: Azərbaycanı sevə bilmirsənsə, tərk etmək zorundasan… Bu vətən artıq kimlərisə qarşılıqsız olaraq qoynunda tutmağa hövsələli deyil…

Azər - DİA.AZ

Geri qayıt