Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hesablama Palatası Nəqliyyat Nazirliyində şübhəli maxinasiyaları araşdıracaq
Hesablama Palatası Nəqliyyat Nazirliyində şübhəli maxinasiyaları araşdıracaq1-05-2014, 14:59 |
DİA.AZ: - «Bəzi dövlət qurumları ilə bağlı Hesablama Palatası tərəfindən yoxlama tədbirlərinin davam etdirilməsi üçün icazə gözlənilir. Hətta bu sırada Palatanın nəqliyyat nazirliyində də təftiş həyata keçirəcəyi gözlənilir». Bu şok məlumatı DİA.AZ-a verən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirdi ki, şübhəsiz, nəzərdə tutulan yoxlamaların son zamanlar Ziya Məmmədovu mövqelərinin zəifləməsi ilə birbaşa əlaqəsi var. Mənbənin söylədikləri: «Əgər «yuxarılar» tərəfindən Palataya yoxlamaların aparılması üçün xeyir-dua verilərsə, o zaman Ziya Məmmədov üçün yolun sonu daha da tezləşə bilər. Çünki nəzərdə tutulan təftiş zamanı oldüqcə ciddi şübhəli maliyyə maxinasiyaları ilə bağlı araşdırmaların həyata keçirilməsi planlaşdırılır». Məlumatı verən mənbə dia-az.life-a əlavəsində onu da qeyd edib ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək: «Bu barədə ictimaiyyət rəsmi qaydada bilgiləndiriləcək». Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |