Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERƏCƏK
Əsas Səhifə > Güney Press, Partiya > Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERƏCƏK

Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERƏCƏK


16-04-2025, 07:30
Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERƏCƏK
Həbsxanda xərçəng diaqnozu qoyulan tanınmış jurnalist Əvəz Zeynallənən vaxtından əvvəl cəzadan azad olunması üçün məhkəməyə müraciət edilib.

Bu barədə Gununsesi.info-ya vəkil Rəşad Vaqifoğlu deyib:

“Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni həmkarım Fəxrəddin Mehdiyev ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik.

Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

Həmçinin “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”na “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də aiddir.

Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər”.
Geri qayıt