Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Mingəçevirdə daşınmaz əmlak bahalaşdı
Əsas Səhifə > Güney Press > Mingəçevirdə daşınmaz əmlak bahalaşdı

Mingəçevirdə daşınmaz əmlak bahalaşdı


19-04-2025, 10:56
Mingəçevirdə daşınmaz əmlak bahalaşdı
Mingəçevirdə yeni tipli yaşayış binalarında 1 otaqlı mənzil tapmaq müşkülə çevrilib.

Bunu şəhərdə əmlak bazarındakı vəziyyəti şərh edən təcrübəli alqı-satqı vasitəçisi Saləddin Baxşəliyev Teleqraf-ın yerli bürosuna bildirib.

Onun sözlərinə görə, son illər ərzində Mingəçevirdə mənzil təyinatlı yeni binaların inşa edilməməsi satış bazarında mənzil çatışmazlığına və qiymətlərin bahalaşmasına səbəb olub.

“Hazırda köhnə tikili - Xruşovka tipli binalarda yerinə və mərtəbəsinə görə 1 otaqlı mənzillərin qiyməti 40-52 min manat arasında dəyişir. Yeni tikililərdə isə bu cür mənzillər çox azdır və onların qiyməti 48-60 min manat civarındadır”, - deyə o qeyd edib.

Saləddin Baxşəliyev əlavə edib ki, şəhərdə 2 və 3 otaqlı mənzillərin də qiymətlərində artım var. Belə ki, köhnə binalarda 2 otaqlı mənzillər - 50-75 min manat, yeni binalarda 2 otaqlı mənzillər - 55-85 min manat, köhnə binalarda 3 otaqlı mənzillər - 80-90 min manat, yeni binalarda 3 otaqlı mənzillər - 100-130 min manata təklif olunur.

O bildirib ki, bu qiymətlər Mingəçevir şəhəri üçün kifayət qədər yüksəkdir. Torpaq alqı-satqısı və kirayə bazarında da sıxlıq yaşanır.

Şəhərdə torpaq sahələrinin qiymətləri yerləşdiyi əraziyə görə dəyişir. Mərkəz və mərkəzə yaxın ərazilərdə 1 sot torpaq 20-25 min manat, kənar yaşayış massivlərində isə 10-35 min manat arasında təklif olunur.

Kirayə mənzil bazarında da vəziyyət oxşardır. Boş mənzillərin azlığı səbəbindən qiymətlər yüksəlib. Bir universitet və iki kollecin fəaliyyət göstərdiyi Mingəçevir tələbə şəhəri kimi tanındığından, bu sahədə tələbat daha da artıb. Alqı-satqı vasitəçilərinin sözlərinə görə, mənzilin yerləşdiyi ünvan və şəraiti qiymətə birbaşa təsir edir. Kirayə haqları 150-500 manat civarında dəyişir.

Xatırladaq ki, Milli Məclisin Mingəçevirdən olan deputatı Aydın Mirzəzadə bir müddət öncə şəhərdə sosial təyinatlı mənzillərin tikilməsinin vacibliyini vurğulayaraq bu məsələnin hökumət səviyyəsində diqqətə alınmasını təklif etmişdi.

Geri qayıt