Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanlıları Türkiyəyə yatırım etməyə
Əsas Səhifə > Güney Press > Azərbaycanlıları Türkiyəyə yatırım etməyə

Azərbaycanlıları Türkiyəyə yatırım etməyə


19-04-2025, 13:58
Azərbaycanlıları Türkiyəyə yatırım etməyə
Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka olan marağı 2025-ci ildə də artmaqda davam edir. Son statistikalar göstərir ki, bu il ərzində Azərbaycanlılar Türkiyədə mənzil alma sahəsində daha fəal iştirak ediblər və bu tendensiya ötən illə müqayisədə əhəmiyyətli artım nümayiş etdirir. 2025-ci ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 66 mənzil alıblar. Bəs azərbaycanlılar nə üçün Türkiyədən ev alırlar?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Günay Hüseynova deyir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka olan marağı illərdir davam edir:
“Xüsusilə son üç ildə Türkiyə iqtisadiyyatında baş verən proseslər bu marağın daha da artmasına səbəb olub. Əslində məsələnin yalnız iqtisadi deyil, sosial və mədəni tərəfləri də mövcuddur. Belə ki, dil baryerinin olmaması və iki ölkə arasındakı coğrafi yaxınlıq Azərbaycan vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak almağı daha cəlbedici edir. İqtisadi amillərə gəldikdə isə, Bakıda daşınmaz əmlak qiymətlərinin sürətlə artması vətəndaşların xarici ölkələrə yatırım etməsinə səbəb olub. Çünki qiymətləri müqayisə etdikdə, Bakıda evlərin qiyməti bahadır, hətta dəyəri bənzər səviyyədədir. Vətəndaşlar düşünür ki, əgər Azərbaycanda artıq evləri varsa, xaricdə - xüsusilə Türkiyədə - daşınmaz əmlaka yatırım etmək daha sərfəlidir. Digər bir iqtisadi faktor isə Türkiyədəki yüksək inflyasiya səviyyəsidir. Son illərdə inflyasiya sürətlə artdığı üçün daşınmaz əmlak qiymətləri də mütənasib şəkildə yüksəlir. Məsələn, bu gün 100.000 TL dəyərində olan bir mənzil bir il sonra 300.000-400.000 TL dəyərinə çata bilər. Bu da o deməkdir ki, daşınmaz əmlaka qoyulan yatırım inflyasiya ilə yanaşı, dəyər də qazanır. Nəticədə vətəndaş düşünür ki, əgər pullarını xaricdə daha sərfəli və gəlirli şəkildə dəyərləndirmək mümkündürsə, bu investisiya daha məqsədəuyğundur”.

İqtisadçı hesab edir ki, Azərbaycanlıları Türkiyədən daşınmaz əmlak almağa təşviq edən əsas səbəblərdən biri də xarici valyuta ilə bağlıdır:
“Bildiyimiz kimi, Azərbaycan manatının dollar qarşısında illərdir stabilliyi qorunur. Lakin Türkiyədə vəziyyət fərqlidir. Son dövrlərdə xarici valyuta, xüsusilə də ABŞ dolları, türk lirəsi qarşısında əhəmiyyətli dərəcədə dəyər qazanıb. Bu isə Azərbaycan vətəndaşları üçün müəyyən mənada fürsət yaradıb. Əlində sərbəst vəsaiti olan və investisiya etmək istəyən vətəndaş düşünür ki, manat zamanla müəyyən qədər dəyər itirə bilər. Bu səbəbdən pulu manatda saxlamaqdansa, onu dəyəri artan bazarlara yönəltmək daha sərfəlidir. Bundan başqa, Türkiyə qanunvericiliyinə əsasən, xarici vətəndaş daşınmaz əmlak almaq istədikdə, əvvəlcə vəsaiti xarici valyutada yerli banka köçürməli və həmin vəsait bank vasitəsilə türk lirəsinə çevrilməlidir. Alqı-satqı prosesi isə yalnız milli valyuta – türk lirəsi ilə həyata keçirilir. Bu qayda, əslində, Azərbaycan vətəndaşları üçün bir növ üstünlük yaradır. Statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Belə ki, yanvar-mart aylarında Türkiyədə xarici valyutanın dövriyyəsi digər aylara nisbətən daha yüksək olub. Bu artımın əsas səbəblərindən biri də məhz daşınmaz əmlak sektoruna yönələn xarici investisiyalar və onların xarici valyuta ilə bağlı olmasıdır”.

Geri qayıt