Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Ölkədə rəqabət yoxdursa,
“Ölkədə rəqabət yoxdursa,19-04-2025, 14:22 |
![]() Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilsə də, uzun illər qanunverici orqan tərəfindən qəbul olunmurdu. Uzun müddət müzakirələrə səbəb olan qanun layihəsi 2024-cü il iyulun 1-dən qüvvəyə minib. Bəs Rəqabət Məcəlləsi nəyi dəyişib? Bu barədə Moderator.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Rəqabət Məcəlləsi bir ilə yaxındır ki, qəbul olunub: “Qanun qəbul edilməmişdən əvvəl Azərbaycanda bu qanunnun qəbulunu təqdirəlayiq bir addım kimi qiymətləndirirdik. Lakin reallıqda Rəqabət Məcəlləsi Azərbaycan iqtisadiyyatında heç nəyi dəyişməyib və yaxın müddətdə də dəyişəcəyi gözlənilmir. Məcəllənin qəbulundan 10 ay keçməsinə baxmayaraq, iqtisadiyyatda heç bir müsbət dinamika müşahidə olunmur. Bəs səbəb nədir? Azərbaycanda rəqabət yoxdur. Rəqabət Məcəlləsinin əsas funksiyası mövcud rəqabət mühitini tənzimləməkdir. Əgər ölkədə rəqabət yoxdursa, bu Məcəllə nəyə və necə təsir edə bilər? Məcəllənin effektiv işləməsi üçün ilk növbədə ölkədə inhisarçılıq aradan qaldırılmalı, real rəqabət mühiti yaradılmalıdır. Əgər bazarda ədalətsiz rəqabət mövcuddursa, Məcəllə bunu tənzimləyə bilər. Ancaq bu gün Azərbaycan iqtisadiyyatında rəqabətin özü yoxdur – nəinki ədalətlisi, heç bir forması yoxdur. Qiymət artımı, bazarlarda məhsulun keyfiyyətinin aşağı olması – bütün bunlar inhisarçılığın nəticəsidir. Rəqabət iqtisadiyyatda iki əsas funksiyanı yerinə yetirir: birincisi, ədalətli qiymətin formalaşmasına imkan yaradır, ikincisi isə istehsal olunan məhsulun keyfiyyətini artırmağa təkan verir. Bu iki funksiyanın Azərbaycanda işləməməsi səbəbindən ölkədə qiymətlər mütəmadi olaraq artır, məhsulların keyfiyyəti isə aşağı düşür. Hazırda bazarda keyfiyyətli məhsul tapmaq demək olar ki, mümkün deyil. Əksər məhsullar yalnız vitrinlik xarakter daşıyır – görüntü üçündür. Qiymətlərin davamlı olaraq bahalaşması da birbaşa rəqabətsizliyin nəticəsidir”. İqtisadçı əlavə edib ki, Rus və Belarus mağazaları həmin ölkələrin şirkətlərinin təşəbbüsü ilə fəaliyyətə başlayır və bu mağazalar Azərbaycan bazarında yerli inhisarçıların maraq dairəsinə daxil olur: “Müəyyən mənada bu səbəbdən, yəni bazara daxil olduqlarına görə, həmin xarici mağazalar – xüsusilə rus və belarus brendləri – yerli inhisarçıların və onları himayə edən dövlət qurumlarının təzyiqi ilə yavaş-yavaş bazardan sıxışdırılıb çıxarılır. Çünki bu xarici mağazalar real rəqabət yaradır. Bu isə inhisarçıların maraqlarına ziddir.” Onun sözlərinə görə, Azərbaycanda inhisarçıların böyük əksəriyyəti vəzifəli şəxslər və ya dövlət qurumlarına yaxın şəxslər tərəfindən himayə olunur. Bu da onların bazarda daha güclü mövqeyə sahib olmalarına, rəqabətsiz mühitdə üstünlük qazanmalarına səbəb olur. “Bu, bir daha göstərir ki, ölkə iqtisadiyyatında real bazar prinsipləri işləmir. Halbuki bazar iqtisadiyyatında hökumətin əsas funksiyalarından biri inhisarçılığı aradan qaldırmaq və onun formalaşmasının qarşısını almaqdır. Azərbaycanda isə bu iki əsas funksiya – həm inhisarçılığın qarşısının alınması, həm də onun ləğvi istiqamətində –addımlar atılmır”, – deyə iqtisadçı bildirib. Geri qayıt |