Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tenderə “dur” deyildi : 136 min manatlıq satınalma baş tutmadı
Əsas Səhifə > Güney Press > Tenderə “dur” deyildi : 136 min manatlıq satınalma baş tutmadı

Tenderə “dur” deyildi : 136 min manatlıq satınalma baş tutmadı


20-04-2025, 00:05
Tenderə “dur” deyildi : 136 min manatlıq satınalma baş tutmadı
“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən xidmət məqsədli minik avtomobillərinin satın alınması ilə bağlı elan edilmişdi.

"DİA-AZ" xəbər verir ki, elan edilən tender ləğv olunub. Bu barədə məlumat Dövlət Satınalmaları Portalında dərc edilib.

Tenderin ləğv edilməsinə səbəb nəzarət orqanının qərarı göstərilib.

Tenderin ehtimal olunan məbləği 136.750,00 manat təşkil edirdi. Satınalma proseduruna dair müsabiqə 18 fevral 2025-ci il saat 13:24-də dərc edilmiş, təkliflərin təqdim olunması və zərflərin açılış tarixi 11 mart 2025-ci il saat 14:00 olaraq müəyyən olunmuşdu.

Qeyd edək ki, bu tip ləğvlər bəzən texniki sənədlərdəki uyğunsuzluqlar, hüquqi tələblərə əməl edilməməsi və ya prosessual pozuntularla əlaqədar olaraq baş verir.

Geri qayıt