Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Azərbaycan son illər öz problemlərini özü həll edib"
Əsas Səhifə > Güney Press, Partiya > "Azərbaycan son illər öz problemlərini özü həll edib"

"Azərbaycan son illər öz problemlərini özü həll edib"


20-04-2025, 00:02
"Azərbaycan son illər öz problemlərini özü həll edib"
Bu günlərdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova yerli mediaya açıqlamasında Rusiyanın Azərbaycana və Ermənistana sülh prosesində yardım göstərməyə hazır olduğunu bir daha təsdiqlədiyini bəyan edərək “biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas istiqamətlərində yardım göstərməyə hazırıq” deyib. Görəsən, bu gedişdə Rusiyanın real məqsədi nədir? Doğrudanmı sonda iki ölkə arasında sülh sazişinin öz moderatorluğuyla imzalanmasına nail olmaqla bölgəyə nəzarəti əldən buraxmamaq, yoxsa sülh prosesinə dəstək adı altında müxtəlif yönlü təxribatlar törədərək münaqişənin yenidən alovlanmasına və bununla hər iki ölkəni yenə də daim təzyiq altında saxlamaq...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:

“Rusiyanın Güney Qafqaz regionundakı siyasəti ənənəvidir, yerində qalır. Rusiya burada da yalnız kobud güc olaraq qalmaqdadır. Başqa bir təsir imkanı yoxdur – nə iqtisadi, nə də yetərli hərbi gücü... Odur ki, Kreml indiki şəraitdə də əvvəlki siyasətini davam etdirir. Sözdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin tezliklə imzalanmasının tərəfdarı kimi çıxış edir. Əslində isə Rusiya qətiyyən istəmir ki, iki qonşu Cənubi Qafqaz ölkəsi arasındakı məsələlər nizama salınsın. Çünki özünün də həm Azərbaycanla, həm də Ermənistanla problemləri var. Moskvanın artıq bütövlükdə regionda təsir imkanları zəifləyir və onun əlində bəlkə də yeganə təsir imkanı Cənubi Qafqazda münaqişəli durumun saxlanmasıdır. Odur ki, son illər Kreml nəinki Azərbaycanla Ermənistan, eyni zamanda Gürcüstanın daxilində də münaqişəli vəziyyət yaratdı və həmin ölkəni faktiki olaraq ictimai-siyasi baxımdan iki yerə parçaladı. Bu da Rusiya imperiyasının ənənəvi siyasətinə uyğun bir məsələdir. Yəni bir ölkənin qonşuları ilə münaqişəli vəziyyət yaradır, bu da alınmayanda həmin ölkənin daxilində qarşıdurma durumu formalaşdırır. Azərbaycan tarixindən də məlumdur ki, Moskva daim ölkəmizin daxilindəki müxtəlif xanlıqlar, yaxud tayfalar arasında ziddiyyətlər yaratmaqla vəziyyəti nəzarətdə saxlamağa çalışıb.

Bir sözlə, indi də Rusiya eyni siyasəti aparmaqdadır. Ancaq hazırda Azərbaycanın təşəbbüsü ilə Ermənistanla ikitərəfli, yəni heç bir vasitəçi olmadan danışıqlar davam edir və rəsmi Bakı sülhdə maraqlı olduğunu göstərir. Və son sülh təkliflərini də Azərbaycan veribdir. Ermənistan isə ən azından sözdə sülhə razı olduğunu bildirir. Amma biz inanmırıq ki, ermənilər doğrudan da indiki durumda sülhə razıdır. Çünki Ermənistan məğlub durumdadır və əgər sülh sazişini imzalayarsa, 2020-ci ilin 10 noyabr üçtərəfli sazişinin davamı olaraq yekun kapitulyasiya aktını imzalamış olacaq. Ona görə də erməni tərəfi müxtəlif yollarla vaxtı uzatmağa çalışır, lakin eyni zamanda özlərini sülhpərvər kimi göstərməyə çalışırlar...

Bilirsiz ki, son günlər baş nazir Paşinyan da, xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycanla sülh sazişinin imzalanmasıyla bağlı hay-küylə müxtəlif təkliflər irəli sürür, cürbəcür faktlar ortaya atırlar. Bir sözlə, özlərinin guya sülhə tam hazır olduqlarını göstərirlər. Amma həlledici məqamda, yəni Azərbaycan tərəfi desə ki, gəlin sazişi imzalayaq, onlar hansısa növbəti bir bəhanə taparaq prosesdən kənara çəkiləcəklər. Odur ki, sülh sazişinin uzadılması məsələsində Ermənistanın da mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Və Rusiyanın Zaxarova kimi rəsmilərinin guya hər iki ölkəyə sülh müqaviləsinin tezliklə imzalanması üçün “dəstək”, “kömək” təklif etməsi də bizim üçün anlaşılandır. Azərbaycan yaxşı başa düşür ki, Kreml dırnaqarası “hər cür yardım göstərməyə” hazır olduqlarını, yaxud “sülh mövqeyindən çıxış edirik” deyəndə nələri nəzərdə tutur. Moskvadakılar da gözəl bilirlər ki, biz bunların hamısını anlayırıq. Azərbaycan son illər öz problemlərini özü həll edib, indi də Rusiyanın hər hansı vasitəçiliyinə də ehtiyac yoxdur. Amma öncə dediyim kimi, kobud güc olan Rusiya ilə sərt qarşıdurmaya da getmək də doğru deyil...”

Geri qayıt