Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası...
Əsas Səhifə > Güney Press > Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası...

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası...


Dünən, 08:56
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası...
Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı BİR HƏFTƏ qalmış tərəflərin heç biri digər tərəfi müddətin bitməsinəgörə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası aşağıdakı qaydada həyata keçirilə bilər:
1. Müddətli əmək müqaviləsinə - İşəgötürən tərəfindən bu əsasla yalnız müddəti bitdikdə xitam verilə bilər.
2.Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı BİR HƏFTƏ qalmış tərəflər-n heç biri digər tərəfi müddətin bitməsinəgörə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
3. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.info)

Geri qayıt