Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Manatı
ManatıDünən, 10:45 |
![]() Son günlərdə ölkəmizdə devalvasiyanın gözlənildiyi ilə bağlı müzakirələr artıb. Belə ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, əgər neftin qiyməti ucuzlaşmağa davam edərsə, devalvasiya qaçılmaz olacaq. Görəsən, növbəti devalvasiya gözlənilirmi? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənovun fikrincə, həm qlobal iqtisadiyyat, həm Azərbaycan iqtisadiyyatı, manatın məzənnəsi üçün perspektivlər optimist deyil: “Xüsusilə də dünyada konservativ siyasətin tüğyan etməsi, Tramp adminstrasiyasının verdiyi qərarlar bu istiqamətdə ciddi tərəddüdləri formalaşdırır. Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası məsələsi də qarşıda duran başlıca vəzifələrdəndir. Belə şəraitdə ölkədə tədiyyə balansının tarazlığının qorunması yolunda ciddi risklər var. Bu risklər prosesin hansı istiqamətdə davam etməsi, nə qədər müddəti əhatə etməsi, o cümlədən rasional iqtisadi siyasətə erkən dönüşlə bağlı qərarların qəbulundan asılı olaraq iqtisadiyyata daha ciddi təsirləri olacaq. Onun iqtisadiyyatda daha qalıcı, uzunmüddətli neqativ təsirləri olacaq. Manatın məzənnəsi ilə bağlı da bənzər ssenarilər müşahidə ediləcək. Azərbaycanda məzənnə ilə bağlı qərarı bazar vermir. Qərar hökumətin ümumi yekun baxışı əsasında formalaşır. Hər bir qurumun aspektlərə baxışı, məsələ ilə bağlı mövqeyi fərqlidir. Gələcəkdə manatın məzənnəsinin devalvasiya risklərilə üz-üzə qalacağı aydındır”. Ekspert əlavə edib ki, devalvasiyanın olub-olmayacağı məsələsi hökumətin qərarından asılıdır. Geri qayıt |