Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Əsas Səhifə > Güney Press > Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək

Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək


Dünən, 12:10
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Gürcüstan Baş naziri İrakli Kobaxidze Albaniyada keçiriləcək Avropa Siyasi Sammitində iştirak edəcək.

APA-nın Tiflis müxbiri xəbər verir ki, bu barədə hökumət başçısı jurnalistlərə açıqlamasında deyib.

“Mayın 16-na sammit planlaşdırılır və bununla bağlı səfər nəzərdə tutulub. Səfər çərçivəsində heç bir görüş tələb etməmişik. Yerində görəcəyik, ola bilsin ki, konkret liderlərlə hansısa görüşlər keçiriləcək. Əslində, formatı bilirsinizsə, bu formatda xüsusi, rəsmi görüşlər nadir hallarda keçirilir, baxmayaraq ki, liderlərlə söhbət etmək imkanımız hər zaman var”, - Kobaxidze deyib.

Geri qayıt