Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib?
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib?Dünən, 17:43 |
![]() Almaniya və Rusiyanın yüksək səviyyəli rəsmiləri arasında Azərbaycanın paytaxtı Bakıda gizli görüş keçirilib. Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “ARD Kontraste” və “Die Zeit” nəşrləri məlumat yayıb. Qeyd olunur ki, nüfuzlu alman siyasətçiləri ilə Krem nümayəndə heyəti arasında gizli görüşün mövzusu 2001-ci ildə o vaxtkı kansler Gerhard Şröder və Prezident Vladimir Putin tərəfindən qurulan “Peterburq dialoqu”nun gələcəyi ilə bağlı olub. İddiaya görə, 2024-cü ilin aprelindən bəri artıq üç görüş keçirilib, sonuncu görüş bu ilin aprelində Bakıda olub. Almaniyanın “Deutsche Welle” telekanalı xəbər verir ki, iştirakçılar arasında məxfi xidmətin monitorinq komitəsinin üzvü Ralf Şteqner də olub. Bildirilir ki, Kreml tərəfdən isə bu foruma uzun müddət rəhbərlik edən Rusiyanın keçmiş baş naziri və “Qazprom”un sabiq rəhbəri Viktor Zubkov, həmçinin Putinin müşaviri Valeri Fadeyev Bakıya gəlib. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutundan Sabina Fişerin sözlərinə görə, bu cür görüşlər Ukraynadakı müharibəyə baxmayaraq, Almaniyada Rusiya ilə münasibətləri normallaşdırmağa çalışan fiqurların olduğuna işarədir. Fişerin fikrincə, rusların bu cür görüşlərdə məqsədi Almaniya siyasətinə təsir imkanlarını tapmaqdır. Geri qayıt |