Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU
Əsas Səhifə > Güney Press > “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU

“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU


Bu gün, 12:35
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU
“Qala Maşınqayırma” 2024-cü ilin maliyyə vəziyyətini hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, şirkət ötən ili 350,7 min manat mənfəətlə tamamlayıb. Lakin 2023-cü ildə 176,6 min manat mənfəət əldə etmişdi.

Şirkət ötən il mənfəət vergisi ödəmələrini 42,5 min manat və ya 72,5 % artıraraq 101,1 min manata çatdırıb.

Hesabat dövründə əsas şirkətin əməliyyat gəlirləri 2 milyon 411 min manat, xərcləri 1 milyon 888 min manat, ümumi mənfəət 53,1 min manat təşkil edib.

İllik müqayisədə gəlirlər 667 min manat (38,2%), xərclər 454 manat, ümumi mənfəət 212,3 min manat və ya 68,2% artıb.

Hesabat dövründə şirkətin sair əməliyyat və fövqəladə gəlirləri olmayıb, sair əməliyyat xərcləri 52 min manat 0,3% artımla 17,7 min manat (demək olar ki. dəyişməyib), fövqəladə xərcləri 4,4 min (7,6%) azalmaqla 53,5 min manat təşkil edib.

“Qala Maşınqayırma” ötən il 3 milyon 79 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 138 min manat və ya 4,7% artıb.

Öhdəliklər 108 min manat və ya 47,6% azalaraq 119 min manata düşüb.

Balans kapitalı 2 milyon 959 min manat təşkil edib ki, bu da illik müqayisədə 245 min və ya 9% çoxdur.

Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 246 min manat və ya 15,3% artaraq 1 milyon 857 min manata yüksəlib.

Hesabat ilində “Qala Maşınqayırma”nın kapital ehtiyatları 862 min 362 min 366 manat, səhmdar (nizamnamə) kapitalı 239 min 918 min manat təşkil edib. Hər iki göstərici də illik müqayisədə dəyişiklik olmayıb.

Geri qayıt