Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?”
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?”Dünən, 15:51 |
![]() “Teatrlarımızda vəziyyət bir o qədər də acınacaqlı deyil. Nə olub teatrlarımıza? Mədəniyyət adamlarının arasında hər zaman söz-söhbət, çəkişmələr olub. Yeni tamaşalar hazırlanır, nümayiş olunur. Bütün teatrlarımızda gərgin iş gedir. Həm region teatrlarından, həm də paytaxtdakı teatrlardan söhbət gedir. Teatrda insanların bir-biri ilə mübahisə etməyi həmişə olub. Bu adi bir məsələdir. Bu o vaxt da olub. Sadəcə o vaxtlar sosial şəbəkələr yox idi, televiziyalarda belə mövzulara yer verilmirdi deyə xəbərimiz olmayıb” Bunu Moderator.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Aqil Abbas deyib. O daha sonra millət vəkili Səyyad Aranın xalq artisti Cahangir Novruzovu Azərbaycana dəvət etməsi ilə bağlı fikirə də münasibət bildirib: “Cahangir yaxşı rejissor və aktyordur. O gəlib nəyi düzəldəcək bilmirəm? Düzələn şeyin nəyini düzəldəcək? O Türkiyədə işləyirsə, orada hörmət qazanıbsa, niyə gəlib Azərbaycanda iş axtarsın ki? Türkiyə də bizim qardaş ölkəmizdir. Türklərdə sənət ümumiyyətlə zəifdir. Onlarda kino sənəti hələ indi-indi inkişaf edir. Türkiyə mədəniyyət baxımından bizdən heç də öndə getmir. Son zamanlar bir az nailiyyətləri var. Cavanşir Quliyev də bir müddət orada pedaqoji fəaliyyət göstərdi. Cahangir indi də orada çalışır. Cahangirin gəlməyi heç nəyi dəyişməyəcək” deyə millət vəkili bildirib. Geri qayıt |