Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…”
Əsas Səhifə > Güney Press > “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…”

“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…”


Dünən, 14:52
 “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…”
Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov bu dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, o, iş xanımı Ruhiyyə Əliyevanın müəllifi və aparıcısı olduğu “Qaranlıqda Həqiqət” verilişində qonaq olub və keçmişlə bağlı çoxsaylı sensasiyalı fikirlər səsləndirib.

Verilişdə Əli Ömərov, bir zamanlar Azərbaycanda çəkilən və böyük rezonansa səbəb olan “Bir anın həqiqəti” filmindəki öz obrazı ilə bağlı narazılığını açıq şəkildə dilə gətirib. Onun sözlərinə görə, bu film vasitəsilə onun obrazı bilərəkdən təhrif olunub, məqsədli şəkildə mənfi və ləyaqətsiz formada təqdim edilib.

Əli Ömərov filmin ssenari müəllifləri olan Elmira Axundova və Ramiz Fətəliyevi, habelə əsərin müəllifi İsa Nəcəfovu sərt ittiham edib:
“Ramiz Fətəliyev də, İsa Nəcəfov da nakişi hərəkət ediblər. Elmira Axundovanın isə bu prosesdə rolu danılmazdır. Mənə qarşı məqsədli şəkildə neqativ obraz yaradılıb” – deyə sabiq baş prokuror bildirib.

Qeyd edək ki, “Bir anın həqiqəti” filmi İsa Nəcəfovun “Gecə yarısı qətl” adlı romanının motivləri əsasında çəkilib. Film 2 kinolentdən və ümumilikdə 12 seriyadan ibarətdir. Ssenari müəllifləri – Elmira Axundova və Ramiz Fətəliyev, quruluşçu operator – Nadir Mehdiyev, quruluşçu rəssam – Fikrət Ələkbərov, musiqilər isə bəstəkar Faiq Sücəddinova aiddir.

Siyasi triller janrında olan film 1994-cü ildə prezident yanında xüsusi şöbənin rəisi Şəmsi Rəhimovun öldürülməsi ilə başlayır və 1994–1995-ci illərdə Azərbaycanda baş verən siyasi hadisələri əks etdirir. Filmdə Əli Ömərov obrazını o dövrdə əməkdar artist olan, sonradan xalq artisti adına layiq görülən Rafiq Əliyev canlandırıb.

Əli Ömərov həmçinin Heydər Əliyevin hakimiyyəti dövrü, ölkədə baş vermiş məşhur "OMON" əməliyyatı və özünün baş prokuror olduğu zamanla bağlı bir sıra ictimaiyyətə bəlli olmayan mühüm detallar da açıqlayıb.
Əli Ömərov başına gələnlərlə bağlı Ramiz Mehdiyevi də ağır şəkildə ittiham edib.

Qeyd edək ki, veriliş R TV kanalında yayımlanıb və “Qaranlıqda Həqiqət” layihəsi Ruhiyyə Əliyevanın müəllifliyi ilə təqdim olunur.
Geri qayıt