Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Danışıqları yalnız hərbçilər aparacaq”
“Danışıqları yalnız hərbçilər aparacaq”Bu gün, 12:21 |
![]() Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq, siyasi təmaslar olmayacaq. AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Hindustan Times” nəşri belə məlumat yayıb. “Biz əvvəldən belə bir fikirdəyik ki, Hindistan və Pakistan arasında baş tutacaq yeganə danışıqlar hərbi komandirlər arasında olacaq və birbaşa siyasi danışıqlar aparılmayacaq. Hindistan baş nazirinin Milli Təhlükəsizlik üzrə müşaviri Acit Doval və Xarici İşlər naziri Subramanyam Cayşankar və onların pakistanlı həmkarları arasında heç bir əlaqə olmayıb”, - mənbələr bildiriblər. Eyni zamanda, Nyu-Dehlinin fikrincə, Kəşmir məsələsində Pakistanın “qanunsuz olaraq işğal etdiyi” ərazilərin Hindistana qaytarılmasından başqa İslamabadla müzakirə ediləcək heç nə yoxdur və bu mövzuda müzakirələr birbaşa aparılmalıdır. - Daha müzakirə olunacaq heç nə yoxdur. Onlar qeyri-qanuni işğal olunmuş əraziləri qaytarmalıdırlar və bunu birbaşa edə bilərlər. Bizim aramızda heç kimə ehtiyac yoxdur”, - qəzet mənbələrdən sitat gətirib. Onlar həmçinin xatırladıblar ki, Pahalqamdakı terror aktından sonra qəbul edilmiş Hind Suları Müqaviləsinin dayandırılması barədə qərar qüvvədə qalır. Çünki Pakistan ikitərəfli münasibətlərdə öz seçdiyi sahələrdə əməkdaşlıq gözlədiyi halda, sərhədyanı terrorizmi dəstəkləməyə davam edə bilməz. Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Cammu və Kəşmir ərazisindəki Pahalqamda 25 Hindistan və bir Nepal vətəndaşının ölümünə səbəb olan terror hücumundan sonra pisləşib. Nəticədə bu gərginlik hərbi münaqişə səviyyəsinə çatıb. Qarşılıqlı hərbi zərbələrdən sonra mayın 10-da Nyu-Dehli və İslamabad atəşkəs barədə razılığa gəliblər. Hərbi danışıqlardan sonra tərəflərin quruda, havada və dənizdə bütün atışma və hərbi əməliyyatları dayandırması barədə razılıq əldə olunub. Hindistanın hərbi rəsmiləri bildiriblər ki, Nəzarət Xətti və Hindistan-Pakistan beynəlxalq sərhədi boyunca bu gecə sakit keçib. Geri qayıt |