Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib?
Əsas Səhifə > Güney Press > “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib?

“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib?


Dünən, 17:28
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib?
Bu il ardıcıl olaraq 12-ci dəfə ölkə çempionu adını qazanan “Qarabağ” futbol klubu maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, “Qarabağ Futbol Klubu” MMC-nin (VÖEN – 9900020601) 2024-cü ildəki xalis zərəri 876,9 min manat olub.
Qeyd edək ki, 2023-cü ildə “Qarabağ Futbol Klubu” MMC 1 milyon 782,3 min manat zərər etdiyini açıqlamışdı.
Ötən il “Qarabağ” klubunun cəmi gəlirləri 34,75 milyon manat təşkil edib və bu, 2023-cü illə müqayisədə 12,7% artım deməkdir.
Klubun bilet satışından əldə etdiyi gəlir 1 milyon 741,9 min manat, sponsorlardan gəlir isə 466,1 min manat olub. Gəlirlərin böyük hissəsini – 28,15 milyon manatı nümayiş hüququndan daxilolmalar təşkil edib.
Əldə olunan gəlirlərin yarıdan çoxu – 20,65 milyon manatı əməkhaqqı və mükafatlara sərf olunub.

Geri qayıt