Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildiBu gün, 08:23 |
![]() Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Rafiq Əliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Şəmkir Rayon Məhkəməsinin 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalından həbsə alınıb. İttihama görə, hadisə 01 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonu Qədimqala kəndində qeydə alınıb. Belə ki, Rafiq Əliyev zərərçəkmiş Rufulla Məcidovu (soyadı şərtidir) təsadüfən görüb onunla bir neçə gün əvvəl yaşadığı kənddə yerləşən uşaq bağçasının müəllimlərinin ünvanına söyüş söyməsinə görə mübahisə edib və sonra yaşadığı evə gedib. Daha sonra o, mübahisəni aydınlaşdırmaq məqsədi ilə evinin qarşısına gələn zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yenidən mübahisə edib. Bu zaman Rafiq mişar daşını götürüb xüsusi amansızlıq göstərərək, Rufullanın arvadı və övladının gözləri önündə qəsdən onun sol ayağına zərbə ilə vuraraq, sağlamlığa az ağır zərər yetirib. Hadisədən sonra Rafiq Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmə ifadəsində bildirib ki, əsl adı Rafiq olsa da, kənd camaatı onu “Kösü” ləqəbi ilə tanıyır. Geri qayıt |