Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi
Əsas Səhifə > Güney Press > Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi

Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi


Bu gün, 09:07
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nizam Bayramovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Nizam Bayramov Bakı “Sukanal” İdarəsində su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləyib. O, tanışları olan zərərçəkmişlərdən ikisinə yeni tikili binalarda ipoteka yolu ilə tam təmirli evlərin alqı-satqısı ilə məşğul olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib. Təqsirləndirilən şəxs bu yolla həmin şəxslərdəndən 84 200 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Nizam Bayramov "Bakı Sukanal" İdarəsinin "Saray" və "Masazır" su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləyərkən tanışı olan digər zərərçəkmiş şəxsə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib. O, həmin şəxsin özünü və qızını işə düzəldilməsində köməklik göstərməsinə söz verib və yolla ondan 7 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətə azadlıqdan məhrum edilib.

Geri qayıt