Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Paşinyan komandasına əmr verdi
Paşinyan komandasına əmr verdiBu gün, 09:56 |
![]() “Ermənistan Baş naziri Nikol Paşinyan Moskvadan son dərəcə pis əhval-ruhiyyədə qayıdıb”. Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb. Bildirilib ki, öz partiyasının elitası arasında yaşanan narazılıq, gələcəyə dair qeyri-müəyyənlik, habelə Rusiya ilə bağlı bəzi işgüzar dairələrdə baş nazirin Moskvaya səfərinin səmərəsiz olması barədə məlumatlar daxili gərginliyi daha da artıb. Qəzetin mənbəsi qeyd edib ki, öz sıralarında yaranmış laqeyd ab-havanı aradan qaldırmaq üçün Paşinyan bir vasitə kimi müxalifətə yaxın iş adamlarını hədəfə alacaq: “Həmsöhbətimizin sözlərinə görə, bununla bağlı müvafiq şəxslərin siyahısı tərtib edilib və ictimaiyyətin geniş reaksiyasını təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaxın günlərdə həmin iş adamlarını sərt şəkildə həbs etmək tapşırılıb. Üstəlik, bu məqsədlə hökumətə xidmət edən bütün mümkün platformaları cəlb etmək qərara alınıb: televiziya şirkətləri, internet saytları və sair”. Geri qayıt |