Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Hindistan faşist zehniyyətli rejimdir
Hindistan faşist zehniyyətli rejimdirDünən, 11:15 |
![]() "Hindistanda davamlı olaraq qeyri-qanuni barbarlıq aksiyaları baş verir, dünya isə susur. Necə ki, illər boyu Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi müddətcə susmuşdular, indi də eyni yanaşmanı nümayiş etdirirlər". Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddin deyib. O bildirib ki, münaqişənin həlli üçün dünyanın aparıcı dövlətləri səthi deyil, vahid mövqedən çıxış etməlidir: "Hindistan hökuməti müsəlmanlara qarşı qeyri-insani addımlar atır. Bu məsələyə münasibətdə beynəlxalq hüquqa və prinsiplərə əməl olunmur. Hindistan, əslində, heç bir halda super güc deyil. Bunu biz anlayırıq, onu dəstəkləyənlər də anlamalıdır". Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, cənab səfir Qasim Mohiuddin düz deyir və heç nəyi şişirtmir. Onun sözlərinə görə, Hindistan, Ermənistan, Rusiya, Serbiya, Yunanıstan, Fransa kimi toksik və irqçi ölkələr müsəlmanlara, türklərə qarşı hər zaman eyni qayda, eyni dəst-xətt üzrə hərəkət ediblər: "Bu gün Hindistan hökumətinin həm öz daxilindəki müsəlman vətəndaşlarına qarşı, həm də Pakistana qarşı barbar davranışları erməni vandallarının Birinci Qarabağ müharibəsi dönəmində azərbaycanlılara qarşı vəhşi rəftarından heç nə ilə fərqlənmir. Pakistanlı səfir də məhz bunu diqqətə çatdırmaq istəyir. Cənab səfirin səsləndirdiyi fikirlər Hindistanın gerçək simasını, daha doğrusu, simasızlığını ortaya qoyur. Eyni zamanda, Ermənistanın da Hindistanla hərbi əməkdaşlığı, siyasi təmasları nəyə görə gücləndirməsinin motivləri bir daha üzə çıxır. Çünki hər iki ölkə, hər iki xalq - hindlilər və haylar eyni ruhun, eyni faşist (nasist) ideologiyanın daşıyıcılarıdır. İslamofobiya və türkəfobiya hər ikisi üçün ortaq "dəyər"ə çevrilib". B.Mirzəyev əlavə edib ki, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot səsləri eşidilir: "Hindli turistlərə Azərbaycana səfər etməmək və Azərbaycan malları almamaq tövsiyə olunur. Hind blogerləri isə erməni saytları və erməniəsilli sosial media istifadəçiləri ilə birləşərək “X” şəbəkəsində və digər platformalarda "Boycott Azerbaijan" çağırışları edirlər. Bütün bunlar millətçi Baş nazir Narendra Modi tərəfindən təşviq edilən, həvəsləndirilən indusların Türk-İslam dünyasına qarşı nə qədər kinli münasibət bəslədiyini açıq göstərir. Əvvəllər Fransa-Ermənistan tandeminə qarşı mübarizə aparırdıqsa, indi də Hindistan-Ermənistan "şər oxu"na qarşı səfərbər olmalıyıq". Geri qayıt |