Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Əsas Səhifə > Güney Press > "Bu, heç bir qonorar qarşılığında mümkün deyil"

"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"


Bu gün, 12:05
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Müğənni Sevil və Sevinc Səfərova bacıları "Afaqla onlar" verilişində qonaq olublar.

Axşam.az xəbər verir ki, ifaçılar səhənədə özlərinə qoyduqları qadağaları açıqlayıblar:

"Məclislərə dəvət olunarkən endirim mövzusu olmur. Bu, kartof-soğan, alış-veriş deyil ki, endirim edilsin. Bəlli bir məbləğ var. Hansısa insan o pulu verirsə, o zaman başqasına ucuz gedirsəmsə, hörmətsizlik edirəm. Əgər həqiqətən də imkanı çatmır, lakin çox istəyirlər ki, balalarının xeyir işində iştirak edək, o zaman endirim etmədən, hədiyyə kimi gedərik. Ümumiyyətlə endirim etmirik. Pis başa düşürlər, amma gəldiyimiz ilk gündən kişi məclisində çıxış etməmişik. Bu qaydalar ilk gündən qoyulub. Və heç vaxt kabinetlərdə çıxış etmirik. O mənim rəfiqəm, dostum olsa, belə səhnə almayacağıq. Bu, heç bir qonorar qarşılığında mümkün deyil. Bəy olsaydım, hər yerə can atardım. Xanımıq deyə, istər-istəməz özümüzü qorumalıyıq. Hər bir insanın tərbiyəsi var. Gedənlərə də hörmətimiz var" deyə, Sevinc bildirib.

Geri qayıt