Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Kürün daşması ehtimalı yüksəkdir:
Əsas Səhifə > Güney Press > Kürün daşması ehtimalı yüksəkdir:

Kürün daşması ehtimalı yüksəkdir:


Bu gün, 12:46
Kürün daşması ehtimalı yüksəkdir:
Kürün daşması ehtimalı yüksəkdir: Qarşısını necə almaq olar?

"Kür çayında suyun səviyyəsi artdıqca onun daşma ehtimalı da yüksəlir".

Bu fikirləri Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev son günlər Kür çayında suyun səviyyəsinin artması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirərkən deyib.

O, yaxın günlərdə də çayda su səviyyəsinin artmağa davam edəcəyini bildirib:

"Məsələn, Mingəçevir su anbarı var və onun da müəyyən həddə - "qırmızı xətt" adlandırılan sərhədə - qədər su tutumu mövcuddur. Həmin hədd keçildikdə məcburən su kanallara yönləndirilir. Lakin bu kanalların çoxu betonla möhkəmləndirilməyib, torpaqdan ibarətdir. Torpaq kanallarda isə suyun qarşısını almaq çətindir. Bu səbəbdən suyun daşması təhlükəsi yaranır".

Xosrov Musayev bildirib ki, bu riskin qarşısını almaq üçün müəyyən betonbərkitmə tədbirləri görülməlidir:

"Kanallar möhkəmləndirilməlidir ki, su sızmasın. Eyni zamanda, əhali də ayıq-sayıq olmalı, su sızmalarını dərhal aradan qaldırmalıdır. Bir çox ölkələrdə güclü yağıntılar zamanı su ehtiyat anbarlarına yönləndirilir. Bu anbarlarda su toplanır və yay aylarında - su çatışmazlığı zamanı - həmin ehtiyatdan istifadə olunur. Bizdə də bu təcrübədən yararlanmaq lazımdır"

Ekoloqun sözlərinə görə, təxminən 10-15 gün sonra bölgədə quraqlıq müşahidə olunmağa başlaya bilər:

"Qısa müddətdən sonra su azlığı yaranacaq, hər yerdə quraqlıq olacaq. Dağ çaylarının əksəriyyəti 10 gün ərzində quruyacaq. Yağıntıların normadan artıq olması iqlim dəyişikliyi ilə bağlıdır. Bu da təbii fəlakətlərin sayının artmasına səbəb olur".

Geri qayıt