Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilibDünən, 15:48 |
![]() Auditorlar Palatası daha iki audit şirkətinə müvafiq sahə üçün yeni, müddətli lisenziyalar verib. “DİA-AZ” bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, “Financial Support Center” MMC-yə bu ilin mayın 7-dən 2030-cu ilin mayın 7-ə kimi qüvvədə olmaqla AT/341 saylı auditor sertifikatı təqdim edilib. Cəmiyyətin direktoru Cəbrayılov Muxtar Cəbrayıl oğludur. Eyni zamanda “Pro Audit” MMC-yə də bu ilin mayın 12-dən 2030-cu ilin eyni tarixinədək qüvvədə olan AT/342 saylı lisenziya verilib. Şirkətin direktoru Hüseynzadə Dəyanət Telman oğludur. Onun şəxsi auditor sertifikatı isə SA/520 nömrəsi ilə 25 aprel 2023-cü ildən 25 aprel 2028-ci ilədək etibarlıdır. Geri qayıt |