Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarırBu gün, 09:05 |
![]() “Bakı-Pivə” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 30-na təyin olunub. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1. Ümumi yığıncağın sədri və katibin seçilməsi. 2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi. 3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi. 4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi. 5. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən şirkətin hesabatlarının, şirkətin 2023-cü və 2024-cü il üçün balans hesabatlarının mənfəət və zərər hesabatlarının təsdiq edilməsi. 6. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi. 7. Cəmiyyətin balansında olan daşınmaz əmlakın yanı Abşeron ray., Xırdalan şəh., Şamaxı şosesi, (Xırdalan), ev 1 ünvanında yerləşən ofis binasının və istehsalat sahəsinin bazar dəyərinə (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması. Qeyd edək ki, “Bakı-Pivə” 1999-cu ildə dövlət qeydiyyatına alınıb. 2 471 400 manat nizamnamə kapitalına malik olan şirkətinm qanuni təmsilçisi “Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulisdur. Keçmiş Xırdalan Pivə Zavodu olan “Bakı-Pivə” ASC-nin əmlakı Danimarka pivə brendinin törəmə şirkəti olan “Carlsberg Azerbaijan” MMC-nin (əvvəlki “Baltika Bakı” MMC) icarəsindədir. “Carlsberg Azerbaijan” şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən “Carlsberg Group”a məxsusdur. “Bakı Pivə” ASC-nin də səhm nəzarət paketi “Carlsberg Group” şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə “Carlsberg Azerbaijan” şirkəti məşğul olur. Geri qayıt |