Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məmura “donuz” deyən şəxs cəzalandırıldı
Əsas Səhifə > Güney Press > Məmura “donuz” deyən şəxs cəzalandırıldı

Məmura “donuz” deyən şəxs cəzalandırıldı


Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı
Ağdam rayonunun Quzanlı qəsəbə sakini məhkəmə tərəfindən cərimə edilib.

"DİA-AZ" Musavat.com-a istinadən xəbər verir ki, 46 yaşlı Xaliq İsmayılov Ağdam Mexaniki Suvarma İdarəsinin vəzifəli şəxsləri barədə dövlət qurumlarına şikayətlər ünvanlayıb.

Xaliq İsmayılov məktublarında İdarənin avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucovu təhqir edərək ona “donuz” deyə müraciət edib.

Bu şikayət məktubu aidiyyəti üzrə İdarəyə də göndərilib. Həmin məktb kollektiv qarşısında oxunub. Elşən Orucov şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıldığını deyərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və X.İsmayılovun cəzalandırılmasını istəyib.

E.Orucov bildirib ki, həmin məktub 400 nəfərlik kollektiv qarşısında oxunub və onun şərəfi alçaldılıb.

Məlum olub ki, Xaliq İsmayılov daha əvvəl adı çəkilən İdarədə işləyirmiş. İşdən çıxarılmasından narazı qalaraq dövlət idarələrinə əvvəlki rəhbərliyi haqda şikayət məktubları yazıb.

X.İsmayılov dindirilən zaman əməlindən peşman olduğunu bildirib. Buna görə də Elşən Orucovdan üzr istəyib.

Məhkəmə Xaliq İsmayılov barəsində 1000 manat cərimə cəzası təyin edib.

Geri qayıt