Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Naxçıvan küçələrinə işıq gətirəcək
Naxçıvan küçələrinə işıq gətirəcəkBu gün, 11:06 |
![]() Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilən tender ləğv edilib. Sözügedən tender şəhər küçələrinin işıqlandırılması üçün mal-materialların alınması məqsədilə elan edilmişdi. FED.az-ın əldə etdiyi məlumata görə, tenderin ləğv edilməsinə səbəb, satınalmada iştirak etmək üçün təklifi və təminatı təqdim etmiş, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması olub. Bu, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə uyğun əsas kimi göstərilib. Sözügedən satınalmanın ümumi ehtimal olunan dəyəri 190.090,00 AZN təşkil edirdi. Müsabiqə 15 mart 2024-cü il saat 13:00-da dərc edilmiş, təkliflərin təqdim olunması və zərflərin açılışı isə 15 aprel 2024-cü il saat 11:00-da planlaşdırılmışdı. Lakin iştirakçıların çatışmazlığı nəticəsində proses rəsmən ləğv olunub. Belə tenderlərin ləğvi tender prosesində iştirak şərtlərinin mümkün qədər çox təchizatçı üçün əlçatan olmasının vacibliyini bir daha gündəmə gətirir. Geri qayıt |