Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Əsas Səhifə > Güney Press > Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib


Bu gün, 12:49
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il Qətnaməsinə əsasən 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Sözügedən Qətnaməyə əsasən 2008-ci ildən etibarən hər il Azərbaycanda 15 may Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Bu günün xüsusi qeyd edilməsində məqsəd ailə institutunun inkişafına, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə verməkdir. Ölkəmizdə mütəmadi olaraq Beynəlxalq Ailə Gününün qeyd edilməsinin əsas məqsədi müasir dünyada baş verən qlobal proseslər fonunda ciddi zərər görən ailə institutunun daha da möhkəmləndirilməsi, cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinə, ailə ənənələrinə və milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsi, ailələrin asudə vaxtının səmərəli təşkilidir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.

Mayın 13-də Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzi, ekoloji düşüncə və digər mövzuları əhatə etməklə iştirakçıları maarifəndirmək olub.

Qazax Dövlət Sosial-İqtisadi Kollecdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva, xəstəxananın həkimləri, Kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 15 May - Beynəlxalq Ailə Günü münasibətilə təbrik edərək səmimi ürək sözlərini bölüşüb. G.Quluyeva ailənin tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynadığını vurğulayıb. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailənin insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyər olduğunu söyləyib. O, Azərbaycan ailəsinin həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçildiyini, bunun əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəldiyini, Azərbaycan ailəsinin dünyada ən yaxşı ailə modellərindən biri hesab olunduğunu diqqətə çatdırıb. Azərbaycan ailəsinin tarixən zəngin adət-ənənələrə malik olduğunu, əsrlərin sınağından çıxan bu adət-ənənələrin indinin özündə də cəmiyyətdə və insan həyatında mühüm rola malik olduğunu söyləyib. Məhz adət-ənənələrimizin saflığının nəticəsində Azərbaycanda qurulan ailələrin dayanıqlılığı və mükəmməlliyi ilə seçildiyini bildirib. G.Quluyeva qeyd edib ki, Azərbaycan ailəsinin, xüsusilə də qadınların hüquqlarının qorunmasının, azadlıq arzularının təminatçısı olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət proqramları, verilən sərəncamlar, həmçinin Prezident İlham Əliyevin bu sahədə apardığı siyasət hər bir Azərbaycan vətəndaşına gün işığı kimi aydındır. İctimai rəydən də bəllidir ki, Azərbaycan ailəsinin ən böyük himayədarı Ümummilli Lider Heydər Əliyev olubdur. Onun başlatdığı bu kurs bu gün də davam etdirilir. Azərbaycan ailəsi ölkə başçısının daim diqqətində olan prioritet məsələlərdəndir. G.Quluyeva vurğulayıb ki, ölkəmizdə ailə gününün yüksək səviyyədə silsilə tədbirlərlə qeyd edilməsi dövlət qadın siyasətinin də əyani təcəssümüdür. Ailənin əsas sütunlarından biri qadındır. Azərbaycan qadını bu gün ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın, uşaq problemlərinə həssas münasibəti bunu bir daha sübut edir. Bu istiqamətdə şəxsən təşəbbüsü ilə həyata keçirdiyi layihələr sönmüş ümidlərə işıq verir. Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir. O, tez-tez uşaq evlərində olur, valideyn himayəsindən uzaq olan uşaqların toy mərasimlərini təşkil edir, bu şənliklərə qatılır, gənclərə xeyir-dua edir. G.Quluyeva ”Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Respublika Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 2022-ci ilin noyabrın 1-dən etibarən “Himayədar ailə” sahəsində səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyini də diqqətə çatdırıb. O, qeyd edib ki, ümumilikdə, “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər. Övladlığagötürmədən fərqli olaraq “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi sayılmır. Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Bizim məqsədimiz himayədar ailələri düzgün qiymətləndirib uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir. G.Quluyeva Respublika Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasından, bu sahədə hazırlanmış Tədbirlər Planının 8.4.3-cü yarımbəndində - Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən də söz açıb. O, çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri özündə əks etdirən Sosial xidmət barədə məlumat verib. Bildirib ki, Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. G.Quluyeva Sosial xidmətlərin fəaliyyət istiqamətlərini mənzil, avtomobil təminatı, sanatoriya-kurort yollayışları, övladlığagötürmə, himayədar ailə, evdə (səyyar) sosial-məişət xidməti, sosial xidmət müəssisələri, mənzil satışı portalı, sosial sifarişlər, Sosial Xidmət Mərkəzləri, Daimi Günərzi Qayğı Mərkəzlərinin təşkil etdiyini bildirib. Vətəndaşların xidmətlərdən yararlanmaq üçün Dost mərkəzlərinə, 142 çağırı mərkəzinə və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinə müraciət etməli olduqlarını söyləyib. G.Quluyeva erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. O, ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Gənclərin vətənpərvər ruhda şəxsiyyət kimi böyüməsində ailə tərbiyəsinin xüsusi yeri olduğunu söyləyib. Ümummilli Lider Heydər Əliyevin, ölkə başçısının nümunəvi ailəsinin hər kəsə, xüsusilə də gənc ailələrə örnək olduğunu bildirib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-pediatr Üzeyr Vəliyev çıxış edərək gənclərlə keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Natiq çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qiymətləndirərək ailə ənənələrinə, milli-mənəvi dəyərlərimizə sədaqətin, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Azərbaycan cəmiyyətində ailəyə verilən dəyərdən və ailə məsələləri ilə bağlı həssaslıqdan, ənənələrə sadiqlikdən, eyni zamanda, yeni tendensiyalardan danışan Ü.Vəliyev minillik azadlıq arzularını reallaşdıran xalqımızın 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərinin əsasında da məhz möhkəm ailə dəyərlərinin dayandığını söyləyib.

Qazax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Cəhanə Xasməmmədova çıxış edərək bildirib ki, əgər ailə sağlam təməl, qarşılıqlı hörmət və məhəbbət üzərində qurulursa, hər bir ailə üzvünün hüququna anlayışla yanaşılırsa, əlbəttə ki, bu ailədə doğulan, təlim-tərbiyə alan insan əxlaqlı, savadlı, mədəni, qurucu olacaqdır. Belə insan ailəsinə və dövlətinə layiqli şəxsiyyət və vətəndaş olacaqdır. Lakin əgər ailə başqa məqsədlər əsasında qurulursa, davamlı olaraq qarşılıqlı ittihamlar, zorakılıqlar baş verərsə, əlbəttə ki, burada böyüyən insan da qurucu deyil, dağıdıcı olacaqdır, o, nə özü, nə ailəsi, nə də dövləti üçün fayda verməyən varlığa çevriləcəkdir.

Ailədə müsbət ünsiyyət xoşbəxtliyin açarıdır. Qayğı ilə ifadə olunan fikirlər faydalı müzakirədir, mübahisə deyil. Ailə üzvləri arasında sevginin var olması mövcudluq hissidir. Valideynlər həm övladları üçün, həm də bir-birləri üçün mövcud olmalıdırlar. Valideynlər davranışları ilə nümunə yaratmalıdırlar. Ünsiyyət və davranış ailədə sevginin mühafizəçiləridirlər. Empatiya quraraq ünsiyyətin və davranışın keyfiyyətini yaratmaq olur. Xoşbəxtliyin qarşısını alacaq hadisələrin təməli qoyulmamalıdır ki, daha sonra inşa olunmasın.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-ginekoloq Simi Məşədiyeva çıxışı zamanı bildirib ki, qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qeyd edib ki, sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi, dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin rahat həyat sürmələri üçün atılan addımların başlanğıcı olur. O, vurğulayıb ki, erkən nikah - ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş tibb bacısı Kəmalə Qocayeva çıxış edərək ölkəmizdə görülən işlərin, yürüdülən siyasətin mərkəzində insanın və onun inkişafının dayandığını bildirib. Qeyd edib ki, hazırda cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. K.Qocayeva ölkəmizdə Beynəlxalq Ailə Gününün silsilə tədbirlərlə qeyd edilməsinin əsas məqsədinin cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği olduğunu söyləyib. Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinin ailə siyasəti olduğunu, ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirildiyini diqqətə çatdırıb.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin psixoloqu Şahlıq Mustafayeva mövzu ətrafında çıxış edərək 2007-ci ildən Azərbaycanda ailə günü ilə bağlı bayram və festivalların keçirildiyini bildirib. Ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılmasının və ailə institutunun təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayan Ş.Mustafayeva qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsinin milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısı olduğunu bir daha diqqətə çatdırıb. Ailə məsələlərinin bu gün həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Geri qayıt