Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir?
Əsas Səhifə > Güney Press > Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir?

Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir?


Dünən, 17:00
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir?
Son zamanlar sosial şəbəkələrdə süni intellekt vasitəsilə edilən dələduzluq hallarına rast gəlirik. Onlardan biri də saxta qəza fotoları yaradılaraq sığorta şirkətlərinin aldadılmasıdır.

Mövzu ilə bağlı “Report”a açıqlama verən sığorta eksperti Vüsal Kərimov bildirib ki, sözügedən fotolar nə qədər gerçəyindən fərqlənməsə də real nəticə verməsi absurddur:

“Bu gün süni intellektlə saxta hadisə görüntüsü yaratmaq çətin məsələdir. Hətta sığorta şirkətlərinin əməkdaşları o qədər peşəkardır ki, onlar hadisəyə və zədəyə baxan kimi onun "fake" yaxud real olmasını müəyyən edə bilirlər. Bundan başqa isə paytaxda təhlükəsiz şəhər kameraları mövcuddur ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları istənilən hadisəni bu kameralar vasitəsi ilə araşdıra bilərlər. Bu baxımdan düşünürəm ki, bu gün süni intellektlə bu tip dələduzluq hallarının yaradılması çətin məsələdir”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirlinin sözlərinə görə, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra vətəndaş müraciət etdikdə o zaman mütləq şəkildə nəqliyyat vasitəsinə DYP əməkdaşları tərəfindən baxış keçirilir: “Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə məlumatların toplanması məqsədi ilə hadisə yerinə DYP əməkdaşları və sığorta müfəttişləri cəlb edilir. Digər hal kimi əgər yol-nəqliyyat hadisəsi baş veribsə və tərəflərdən biri yaxud hər ikisi qəza ilə bağlı yol polisinə daha sonra məlumat veribsə qəzanın baş verdiyi ərazidə yerləşən xüsusi texniki vasitələrə baxış keçirilir”.

Daha ətraflı videomaterialı təqdim edirik:


Geri qayıt