Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Obyektlərin qiyməti niyə "cib yandırır"?
Əsas Səhifə > Güney Press > Obyektlərin qiyməti niyə "cib yandırır"?

Obyektlərin qiyməti niyə "cib yandırır"?


Dünən, 19:02
Obyektlərin qiyməti niyə "cib yandırır"?
Azərbaycanda icarəyə verilən obyektlərin qiymətləri zaman-zaman müzakirələrə səbəb olur.

Çünki eyni ölçüyə sahib bir obyekt bir ərazidə baha, digər ərazidə isə ucuz qiymətə icarəyə verilir. Üstəlik, icarə qiymətləri həmin obyektə satılan məhsulların qiymətlərinə də birbaşa təsir edir. Nəzərə almaq lazımdır ki, icarə haqqı baha olan obyektlərdə satılan məhsulların qiyməti də yüksək olur.

Ümumiyyətlə, obyektlərin icarə haqları nəyə əsasən müəyyən olunur? Nə üçün qiymətlər əraziyə görə dəyişir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, obyektlərin icarə haqqı onların satış qiymətinin 0,5 faiz nisbəti ilə hesablanır:

“Məsələn, bir obyektin satış qiyməti 100 min manatdırsa, onun aylıq icarə haqqı təxminən 400-500 manat olur. İcarələr qazancla deyil, satış qiyməti ilə ölçülür. Elə yerlər var ki, orada obyektin satış qiyməti ucuz olsa da, icarə haqqı baha olur. Həmçinin, bəzi yerlərdə də icarə haqqı obyektin satış qiyməti ilə müqayisədə ucuz ola bilir.

Lakin mərkəz ərazilərdə obyektlərin icarə qiymətləri düşmür. Çünki həmin ərazilərdə yeni binalar çox inşa olunmur. Bu səbəbdən də tələbat artır, qiymət isə olduğu kimi qalır. Ümumi olaraq isə Bakıda icarə haqqının ən yüksək olduğu yerlər metrostansiyalar olan ərazilərdir. Ona görə ki, insanların daha çox gedib-gəldiyi yerlərdə obyektə tələbat çox olur”.

Ekspert obyektlərin icarə qiymətlərinin fərqi barədə də danışıb:

“Tutaq ki, eyni ümumi sahəli bir obyekt Bakının mərkəzində, digəri isə paytaxtdan kənardadır. Lakin ümumi sahə eyni olsa da, icarə haqqı fərqləri çox böyük olur. Bunun da səbəbi birbaşa satış qiymətləri ilə bağlıdır.

İcarə qiymətləri baha olan hər hansısa qeyri-yaşayış obyektində satılan məhsullar da məcburən digər ərazilərdən daha baha olur. Çünki onların icarə və digər xərcləri daha çox olduğuna görə satdıqları məhsulların da qiymətini süni formada artırırlar. Yəni, yer və satış qiymətləri əraziyə görə dəyişdiyi üçün arada kəskin fərq olur. Hətta bəzən bu fərq 10 dəfəyə qədər çıxa bilir”.

O qeyd edib ki, artıq uzun illərdir Bakıda inşa olunan yeni binaların birinci və ikinci mərtəbələri qeyri-yaşayış sahələri olduğuna görə icarəyə verilən obyektlərin sayı çoxalıb:

“Əksər yerlərdə artıq icarəyə verilən obyektlər uzun aylar qalır. İcarə qiymətinin baha olması və həmin əraziyə tələbatın az olması kimi müxtəlif səbəblər buna təsir edir. Düşünürəm ki, Bakıda icarəyə verilən obyektlərin sayı artdıqca onların qiymətlərində də enmələr müşahidə olunacaq”.

Geri qayıt