Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Əsas Səhifə > Güney Press > Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər

Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər


Dünən, 22:17
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Sabirabadda 16 yaşlı qızı bu gün 33 yaşlı oğlana ərə vermək istəyiblər.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında danışıb. O bildirib ki, bu gün qurulan toy məclisinin qarşısı alınıb:

"Mənə Sabirabad tərərfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Məni bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. 16 yaşlı bir uşağı məndə olan məlumata görə 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş. İndi orada çal-çağır olmalı idi".
Geri qayıt