Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > 3 il sonra yenidən İstanbulda:
3 il sonra yenidən İstanbulda:Bu gün, 07:02 |
![]() Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə bu gün İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların keçiriləcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu görüş, Rusiya və Ukrayna nümayəndə heyətlərinin 2022-ci ilin martından bəri ilk birbaşa təması ola bilər. Həmin vaxt Moskva və Kiyev nümayəndələri Bosfor sahilində yerləşən Dolmabaxça sarayında danışıqlar aparıblar. Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin 2022-ci ildə olduğu kimi, nümayəndə heyətinə Müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olacaq. Xarici İşlər Nazirliyindən isə danışıqlar qrupunda MDB məkanına cavabdeh nazir müavini Mixail Qaluzin yer alacaq. Üç il əvvəl nümayəndə heyətində Rusiya XİN-dən hazırda da nazir müavini vəzifəsini tutan, lakin artıq başqa bölgəyə cavabdeh olan Andrey Rudenko da iştirak etmişdi. Nümayəndə heyətinə həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxildir. Türkiyə danışıqlara ev sahibliyi edəcək, burada ABŞ-ın yüksəkvəzifəli nümayəndələri də iştirak edəcəklər. ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Dövlət katibi Marko Rubio və digər Amerika rəsmiləri planlaşdırılan Ukrayna danışıqları üçün Türkiyəyə yola düşəcəklər. Bundan əlavə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Kit Kelloq da İstanbulda olacaq. Tramp danışıqlar üçün faydalı olacağı təqdirdə, özü də İstanbula uça biləcəyini istisna etməmişdi. Ukraynanı isə danışıqlarda Prezident Vladimir Zelenski ilə yanaşı, Prezident Ofisinin rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, prezidentin müşaviri İqor Jovkva təmsil edəcək. Geri qayıt |