Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azər Qasımovdan yarım milyonluq borc məsələsinə
Əsas Səhifə > Güney Press > Azər Qasımovdan yarım milyonluq borc məsələsinə

Azər Qasımovdan yarım milyonluq borc məsələsinə


Dünən, 15:42
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə
Xəbər verdiyimiz kimi, bu ilin fevralında Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edilib.

"DİA-AZ" “demokrat.az”a istinadən xəbər verir ki, Azər Qasımov vəzifəsini itirdikdən sonra KİV-də onunla bağlı müxtəlif məlumatlar yayımlanmağa başlanıb.

Bildirilir ki, onun Rusiyanın Yekaterinburq şəhərində baş konsul olaraq çalışan qardaşı Sultan Qasımov bir sıra xoşagəlməz problemlərlə üz-üzə qalıb.

Sultan Qasımovun müxtəlif şəxslərə borcunun yarım milyonu ötdüyü, Azər Qasımovun onu həmin şəxslərdən müdafiə etdiyi qeyd edilirdi.

Demokrat.az yayılan iddialarla bağlı Azər Qasımovun özü ilə əlaqə saxlayıb. Lakin Azər Qasımov geridönüş etsə də, saytın əməkdaşı jurnalist olduğunu deyən kimi danışmaq istəməyib:

"Vaxtım yoxdur".

Geri qayıt