Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldırDünən, 17:49 |
![]() "Vinch Group" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edib. Teleqraf xəbər verir ki, qurum nizamnamə kapitalını nə qədər azaltdığı barəsində açıqlama verməyib. Hazırda isə şirkətin nizamnamə kapitalı 200 manatdır. Şirkət 2022-ci ilin yanvarın 12-də dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə İbadov Emil Nazim oğludur. Onu da bildirək ki, "Vinch Group" MMC-nin külli miqdarda vergi borcu da var. Belə ki, hazırda MMC-nin vergi borcu 3 milyon 473 min 802 manat təşkil edir. Bundan əlavə, şirkətə qarşı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün toplam 5 000 manat maliyyə sanksiyası tətbiq edilib, 2022, 2023, 2024-cü ildə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən isə ümumilikdə 7 hal üzrə ümumilikdə 280 manat maliyyə sanksiyası alıb. Geri qayıt |