Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 4 rayonun icra başçısına vəzifələrindən alınacaqları ilə bağlı xəbərdarlıq olundu

4 rayonun icra başçısına vəzifələrindən alınacaqları ilə bağlı xəbərdarlıq olundu


6-05-2014, 14:25
4 rayonun icra başçısına vəzifələrindən alınacaqları ilə bağlı xəbərdarlıq olundu
DİA.AZ: - Şamaxının, Neftçalanın, Şəmkirin və Xızının icra başçıları yaxın günlərdə vəzifələrindən alınır. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Məlumatı verən qaynaq bildirir ki, artıq sözügedən rayonların rəhbərlərinə Prezident Administrasiyası tərəfindən xəbərdarlıq edilib.

Mənbənin dia-az.life-a söylədikləri: «Hər bir başçısı vəzifədən alınan rayona yeni simanın təyin edilməsi gözlənilir. Hətta burada bəzi icra başçılarının görəv başında yeni olmaları faktoru belə nəzərə alınmır ki, bu da hakimiyyətin yeniləşən siyasətiylə birbaşə əlaqədardır».

Geri qayıt