Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hesablama Palatasının rəqəmləri Əhməd Əhmədzadənin qardaşına qarşı

Hesablama Palatasının rəqəmləri Əhməd Əhmədzadənin qardaşına qarşı


7-05-2014, 14:21
Hesablama Palatasının rəqəmləri Əhməd Əhmədzadənin qardaşına qarşı
Zaqatala rayon İcra Hakimiyyətində ciddi maliyyə pozuntuları aşkarlanıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən rayon icra hakimiyyətində abadlıq, küçələrin işıqlandırılması, mənzil-kommunal təsərrüfatlarının idarə edilməsi üzrə ciddi maxinasiyalar aşkarlanıb. Bir qədər əvvəl Hesablama Palatası adıçəkilən rayonda yoxlamalar apardığına dair açıqlama versə də, saytımıza bu rayondakı auditin nəticəsi olaraq yeyinti faktlarına dair informasiyalar daxil olub. Palata Zaqatala İcra Hakimiyyətində audit yoxlama aparmasına dair ümumi məlumatlar yaysa da, artıq yoxlamaların konkret faktlarla detallarını əldə etmişik. Məlumatlara əsasən Palatanın auditi Zaqatala rayon icra hakimiyyəti başçısınının Zaqatala Şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Kommunal Müəssisələri Kombinatı və Mənzil Təmir İstismar Sahəsində mühim pozuntular aşkarlanıb. Bu təşkilatlar tərəfindən şəhərin küçə və xiyabanlarında təmizlik işlərinin aparılması, yaşıllıq massivlərinə qulluq göstərilməsi, 6257 nəfər əhalinin mənzil –kommunal xidmətlərinə tələbatın ödənilməsi, 66262 kvadrat metrlik yaşayış sahəsinə və küçə işıqlandırılmasına xidmət göstərilməsi istiqamətində işlərin görülməsi zamanı mühim büdcə vəsaitlərinin talanı faktları ortaya çıxıb.

Aparılan yoxlamalar zamanı bəlli olub ki, müqavilə şərtlərinə əməl edilmədən əksər hallarda, bilərəkdən icraçıya artıq büdcə vəsaiti ödənilib. Vəsaitin bir hissəsi müvafiq dövlət orqanının razılığı alınmadan və satınalma metodu tətbiq edilmədən xərclənib. Bəzi hallarda mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin yerinə yetirilməsi üzrə satınalma müqavilələri normativ-hüquqi aktlara uyğun gəlməyib. Heç bir rəsmi razılıq alınmadan büdcə vəsaitlərinin xərclənməsi zamanı təyinat dəyişikliyə yol verilib. Yanaca normadan artıq vəsait ayrılaraq mənimsənilib. Küçə işıqlarının sayğaclaşdırılması təmin edilməyib.

Hesablama Palatasından GUNDEMİNFO.AZ-a daxil olan informasiyalara görə, İcra Hakimiyyəti tərəfindən bir sıra işlər üzrə smeta sənədləri və müqavilə dəyərinin hesablanması zamanı zəruri prossesual tədbirlər həyata keçirilməyib. İşıq dirəkləri və xətlər əsas vəsakit kimi uçota alınmayıb və mənzil fondunun əsçaslı təmiri işləri aparılan zaman söküntüdən əldə edilən yararlı tikinti materialları gizli yollarla məmurlar tərəfindən satışa çıxarılıb.

Dövlət büdcəsi hesabına mövcud olan Zaqatala Mənzil Fondunun zərərlərinin ödənilməsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması müvafiq hesablamalara əsaslanmadan kimlərinsə istəklərinə uyğun olaraq şişirdilib və ya gizlədilib. Bilərəkdən Mənzil Fondunun gəliri az hesablanmış, mənzil fondunun gəlir mənbələrindən olan mənzil və xidmət haqları üzrə debitor borcun yığılması və ləğv edilməsi istiqamətində müvafiq tədbirldər görülməyib. 2013-cü ildə mal və materialların alınmasına yönəldilən vəsaitlər satınalmalar üzrə qanunvericiliyin tələblərinə məhəl qoyulmadan istifadə olunub. Maddi məsul şəxsin öhdəsində tikinti materialları əsassız silinərək uçotdan yayındırılıb. Bununla yanaşı aparılan araşdırmalar zamanı bəlli olub ki, Zaqatala Rayon İcra Hakimiyyətində işçilərin əmək haqları nəğd qaydada ödənilmədən verilib.

Araşdırmalar zamanı 4 ədəd nəqldiyyat vasitəsi sürücüsünün əmək haqqı, yanacaq və ehtiyat hissələrinin alınması, xərcləri təsərrüfat fəaliyyəti üzrə gəlirlərdən müəyyən edilməli olduğu halda, büdcə pulları hesabına ödənilib. Bu isə faktiki olaraq dövlət büdcəsi vəsaitlərinin təyinatı üzrə istifadəsi yox, talan edilməsi faktıdır. Aldığımız konkret məlumatlara əsasən büdcə təsnifatı üzrə təyinat dəyişikliklərinə yol verilən, saitınalma tətbiq olunmadan işlərin görülməsi hallarına yol verilməməklə büdcədən 15014.0 manat vəsait mənimsənilib. 3312.1 manat vəsait idarələrin kassasından çıxarılıb. 30669.5 manat məbləğində vəsaitlər İcra Hakimiyyətinin kasaasında debitor borc olaraq uçotdan yayındırılıb. Nəticə etibarilə də 4 ştat vahidi ləğv edilib.

GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən aparılan yoxlamalardan sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə xəbərdarlıq edilib. Məlumatlara əsasən ortada olan yeyinti faktları ilə bağlı araşdırmalar Hesablama Palatası tərəfindən Milli Məclisə təqdim edilib və bundan sonra məsələ Prezident Adminstrasiyasında da müzakirə edilib. Bildirilir ki, yaxın zamanlarda M.Əhmədzadənin bu müdhiş büdcə talanı ilə əlaqədar işdən azad ediləcəyi də gözləniləndir. Rayondakı mənbələrimiz bildirir ki, bu yoxlamalardan sonra hədəfdən yayınmaq istəyən icra başçısı 2 vəzifəli şəxsi işdən çıxarıb. O cüymlədən 1 şöbə rəisinə və 1 baş mühasibə töhmət elan edib. Lakin bu yolla canını qurtarmaq istəyən başçının baş verənlərə birbaşa olaraq məsul olduğu artıq onun diqqətinə çatdırılıb.

Bildirək ki, Mübariz Əhmədzadə Meliorasiya və Su Təsərrufatı Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Qeyd edək ki, Zaqatalada Maliyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılıb. Bununla bağlı redaksiyamıza daxil olan məlumatları incələdikdən sonra geniş məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Bizi izləyin.

Geri qayıt