Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nurçuluqda ittiham olunan keçmiş komitə sədrinə ağır ittihamlar

Nurçuluqda ittiham olunan keçmiş komitə sədrinə ağır ittihamlar


8-05-2014, 15:07
Nurçuluqda ittiham olunan keçmiş komitə sədrinə ağır ittihamlar
DİA.AZ: - Bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyindən alınmış Elşad İsgəndərovun gizli planlarının olması haqda iddianın yer aldığı məlumatı əldə etmişik. DİA.AZ-ım elektron ünvanına anonim olaraq göndərilən məktubun müəllifləri iddia edirlər ki, Elşad İsgəndərov görəvdən alınsa da, hələ də dövlət komitəsində təsir gücünü saxlayır.

Qaynağın dia-az.life-a yolladığı məlumatda deyilir:

“Elşad İskəndərovun vəzifədən kənarlaşdırılması ilə barışmayan qüvvələr yeni ssenari hazırlayıb. Məlumata görə Elçin Əsgərovun və Elşad İsgəndərovun rəhbərliyi ilə qisas planı hazırlanıb. Elşadın komitəyə gətirdiyi yaxın qohumları İlham Axundov, Daşqın Rəcəbli, Kamran Lazımov bu planın komitədəki icraçılarıdır. Elşad İskəndərov prezidentin məlum sərəncamından sonra saat 11-ə qədər dövlət komitəsində iclas kecirmiş, tapşırıqlarını vermişdir.

Nurçuluqda ittiham olunan keçmiş komitə sədrinə ağır ittihamlar

Artıq ən vacib sənədlər xususi aparatla məhv edilmişdir. Mətbuat xidməti Orxan Əliyev artıq komitənin serverini təmizləyib. Nurçularla baglı informasiyaları silib. Bu barədə Elşad İskəndərova məlumat verib ki, hər şey qaydasındadır. Lakin sənədləri məhv etmək uzun proses oldugundan bu iş davam edir.

Xatırladım ki Elşad ən vacib vəzifələrə öz adamlarını yerləşdirib. Hüquq şöbəsinin mudiri Səbinə Allahverdiyeva, ekspertiza şöbəsinin mudiri Nahid Məmmədov və umumi şöbənin işcisi Aynur Dadaşova məktubları, dini ədəbiyyatlara qanunsuz verilən rəyləri dəyişdirir, məhv edirlər. Qeydiyyat jurnallarında dəyişikliklər edirlər. Maliyyə təsərrüfat şöbəsinin müdiri İlham Axundov maliyyə fırıldaqları ilə baglı sənədləri məhv edir, dəyişikliklər edir.

Məxfi sənədlərin çoxu məhv edilib. Ən acınacaqlısı isə odur ki, bütün bu əməlləri Səyyad Aranın uzərinə atmaq istəyirlər. Daşqın Rəcəbli hər dəqiqə Elçin Əsgərovla əlaqə saxlayır, hesabat verir. Elçin deyib narahat olmayın, dini durum bizim nəzarətimizdədir. Elçin Əsgərov deyib, yoxlamaya qədər hər şeyi təmizləməsəniz, hamımız həbs olunacağıq. Bu məqsədlə dini vəziyyəti gərginləşdirib Səyyad Aranı ofsayt eləmək istəyirlər.

Nurçuluqda ittiham olunan keçmiş komitə sədrinə ağır ittihamlar

Nurçularla bağlı demək olar ki, bütün sənədlər məhv edilib. İki gün ərzində maliyyə maxinasiyaları sənədləri dəyisdirilir, məhv edilir.

Elşad maliyyə maxinasiyalarını maliyə nazirinin muavini, həm də qaynı Bayramov vasitəsilə edib”.

İddia olunanlarla bağlı adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq…

Geri qayıt