Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bərdədəki özbaşınalıqdan Ramiz Mehdiyevə şikayət olundu – Şəhid ailələri icra başçısının qəbuluna düşə bilmir

Bərdədəki özbaşınalıqdan Ramiz Mehdiyevə şikayət olundu – Şəhid ailələri icra başçısının qəbuluna düşə bilmir


11-05-2014, 10:37
Bərdədəki özbaşınalıqdan Ramiz Mehdiyevə şikayət olundu – Şəhid ailələri icra başçısının qəbuluna düşə bilmir
DİA.AZ: - Bərdə rayonunda yaşayan şəhid ailələri adından Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə şokayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan şikayət ərizəsində deyilir:

“Biz Bərdə rayonunda yasayan səhid ailələri əlacsız vəziyyətdə qalıb sizə müraciət edirik. Məsələ ondadır ki, övladlarımız cavan yaşlarında vətən yolunda canlarından keçdilər, səhid oldular, biz bununla qurur duyuruq ki, övladlarımız vətən yolunda canlarından keçibilər. Bəs bu gün onların xatirəsi necə yad edilir? Bərdə səhərində Səhidlər xiyabanında uyuyan övladlarımızın qəbir üstü məzarlarına baxanda ürəyimiz parşalanır. Qəbirlərin vəziyyəti səhidlərimizə bir hörmətsizlikdir.

Bərdə səhərində çox böyük abadlıq işləri aparılır, ancaq şəhərin mərkəzi hissəsində, əhalinin çox olan hissəsində Səhidlər dəfn olunan məzarlıq tamam dağılıb gedir, qəbirlər 20 il bundan əvvəl necə qoyulubsa elədir. Heç bir təmir işləri aparılımır. Bununla əlaqədar Bərdə Səhidlər cəmiyyətinə muraciət etsək də, nəticəsi olmayıb, cəmiyyətin rəhbəri Etibar xanım deyir ki, onda elə bir vəsait yoxdur ki, məzarları yeni daşlarla əvəz etsin.

Məcbur qalıb Bərdə İcra aparatına üz tutsaq da, bizi ora buraxmırlar. İcra başçısının köməkçisi Zaur müəllim bizi dəfələrlə aldadıb ki, başçı burda yoxdur, gedin, sonra gələrsiniz. Sonuncu dəfə isə gələndə Zaur müəllim bizi təhqir edərək dedi ki, övladlarınızı kim cəhbəyə göndərib, gedib dərdimizi də ona deyək. Bununla da kifayətlənməyib, bildirdi ki bir də bura gəlsək, polis çağıracaq.

İnid siz deyin bizim övladlarımız vətən yolunda düşmənlə vuruşanda Zaur kimiləri harda idilər? Böyük bir rayonu tapşırıblar Zaura, axı bir soruşan yoxdur ki bu Zaur kimdir, bizim övladlarımız onun kimi hərbi xidmətdən qaçıb gizdənməyib ki? Tərtərdən gəlib Bərdədə nə islə məsquldur? Dəfələrlə şahidi olmusuq ki şəhid ailələri üçün nəzərdə tutlmuş yardımlar paylanarkən Zaur bundan da istifadə edərək İcra hakimiyyətində aşbaz isləyən qaynanasının vasitəsilə yardımları Tərtər rayonuna apartdırıb. Hətta Qurban bayramında idarələrdən, kənd sovetlərindən yığılan qurbablıq qoyunlar da Zaurun Tərtərdə tikdirdiyi fermaya aparılıb.

Bu insanın amalı ancaq başqasının alın təri ilə qazandığı pulları almaqdı. Deyilənlərə görə Rayonun ən azı 5 idarəsində adı işdə gedir, bundan başqa qaynatasının, qaynanasının adları rayonun Suvarma Sistemləri, Melorasiya, Sanepidstansiya, Pesə liseyi və digər idarələrdə gedir. Ən maraqlısı odur ki, hər gün Zaur Bəylərov ( Tərtər rayon İcra hakimiyyəti başçısının (sabiq) 1-ci müavini Vidadi Bəylərovun qardaşıdır, hansı V.Bəylərovun oğlu avtoşluq edərək bir nəfərin ölümünə sabəb olduğu üçün işdən azad olunmusdur.) Tərtərdən Bərdəyə hər gün gəlib getməsi, onun aldığı məvaciblə necə ödənilir?

Başqaları kimi biz də qəbula dusmək üçün rüşvət verməliyik, çünki Bərdə İcra başçısının qəbuluna düşmək üçün mutləq köməkçiyə rüşvət verilməlidir. Şəhid ailələrinə qoyulan hörmət budurmu?

Bununla əlaqədar, Hörmətli Ramiz müəllim, sizə müraciət etmək qərarına gəldik. İnanırıq ki Bizi - şəhid ailələrin təhqir edən Zaur müəllimin (əgər ona müəllim demək olarsa) barəsində ölçü göturəcəksiniz. Və biz şəhid ailələri rayon rəhbərinə öz problemlərimizi çatdıra biləcəyik.

İmza şəhid olmuş Cahid Məmmədovun, Etibar Həsənovun, Əhməd Əhmədovun, Q.Quliyevin, T.Qarayevin valideynləri, Bərdə səhəri”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt