Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” gənc startapları dəstəkləyir

“Bakcell” gənc startapları dəstəkləyir


12-05-2014, 11:11
“Bakcell” gənc startapları dəstəkləyir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyilə Bakıda müstəqil mütəxəssislər və “Startup Weekend” qlobal forumu tərəfindən növbəti beynəlxalq «Baku Startup Weekend» tədbiri təşkil olunub.

3 gün davam edən tədbirdə Azərbaycandan və dünyanın müxtəlif bölgələrindın olan mütəxəssisləriştirak ediblər.

“Startup Weekend” startapların yaradılması vəsahibkarların bu sahə üzrə maarifləndirməsində aparıcı katalizatorlardan biridir. Əsası 2007-ci ildə qoyulan "Startup Weekend" 107-dən çox ölkədə keçirilib və bu foruma indiyə kimi ümumilikdə 100.000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb və uğurla fəaliyyət göstərir.

Layihənin başlıca məqsədi sahibkarları maarifləndirmək və startapların yaradılması üçün onlara motivasiya verməkdir.

Bakıda keçirilən “Startup Weeked” tədbiri çərçivəsində sahibkarlar, marketerlər, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək innovativ texnologiyalara əsaslanan startaplar yaradıb, münsiflər heyəti qarşısında təqdimatlar keçiriblər.Aşağıdakı layihələr “Starup Weekend” tədbiri çərçivəsində keçirilən müsabiqənin qalibi olub:

1ci yer — Foursquare chat

2-ci yer — Free roads (froads.co)

3-cü yer — iTaxi layihəsi

Geri qayıt