Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycan gənclərinə Suriya yolunu bağlayan yeni siyasi təşkilat yaranır

Azərbaycan gənclərinə Suriya yolunu bağlayan yeni siyasi təşkilat yaranır


12-05-2014, 16:49
Azərbaycan gənclərinə Suriya yolunu bağlayan yeni siyasi təşkilat yaranır
DİA.AZ: - Azərbaycanda yeni siyasi təşkilat yaradılır. Bu barədə DİA.AZ-a məlumat verən yeni təşkilatın - Gənc Partiyanın Təşkilat Komitəsinin nümayəndəsi Azər Talıbov bildirib ki, qarşıdan gələn parlament seçkilərinə qədər Gənc Partiyanın quruculuğu ilə məşğul olmaq fikrindədirlər və gələn ilin yanvar ayında təşkilatın təmtəraqlı qurultayının keçirilməsi nəzərdə tutulub.

Bildirək ki, Azərbaycan Xalq Hərəkatında iştirak edən və sonradan müxtəlif təşkilatlarda təmsil olunan Azər Talıbov həm də mətbuatda təmsil olunur. Belə ki, yeni yaranmış «anaxeber.az» portalında baş redaktor kimi fəaliyyət göstərən Azər Talıbov paralel olaraq siyasi fəaliyyətini davam etdirəcəyini də bildirib.

Azərbaycan gənclərinə Suriya yolunu bağlayan yeni siyasi təşkilat yaranır

«Biz Azərbaycanda milli məfkurəyə qulluq edən gəncləri toparlamaq və bir yumruq şəklində birliyinə nail olmağı məqsəd etmişik. Bu gün nə yazıq ki, Azərbaycan gəncləri təhlükəli ideya daşıyıcılarının, missionerlərin qurbanına çevrilir. Bu isə təşkilatlanma problemilə bağlıdır. Yəni normal ideyalar bu gün arxivlərə ötürüldüyündən təhlükəli ideyalar gəncləri səfərbər edir ki, bundan da daha çox zərər görəni Azərbaycan dövləti, Azərbaycan türkləri olur» deyən Azər Talıbov bildirib ki, onlar bu gün gənclərimizin Suriyada savaşmasını böyük faciə kimi də qəbul edirlər:

«Suriyada yazıqlar olsun ki, hər iki tərəfdə azərbaycanlılar vuruşur. Qarabağ cəbhəsindən isə insanlarımız qaçır. Bu, bir millət olaraq bizim ayıbımızdır və inanırıq ki, gələcəkdə quracağımız Gənc Partiya məhz bu problemin həllində müstəsna rol oynayacaq, dövlətimizin maraqlarına xidmət edəcək».

Geri qayıt