Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sabunçunun icra başçısı özünə qarşı aparılan kampaniyanın sifarişçisini tapıb
Sabunçunun icra başçısı özünə qarşı aparılan kampaniyanın sifarişçisini tapıb15-05-2014, 12:59 |
DİA.AZ: - Keçən ay Sabunçu rayon icra hakimiyyətinin başçısı postuna təyin olunmasının iki illiyini qeyd edən Adil Vəliyev deyəsən, problemlə üzləşib. Bu barədə DİA.AZ-a RİH-dəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynağın iddialarına görə, Adil Vəliyev RİH başçısının birinci müavini Güloğlan Məmmədovu ona qarşı mətbuatda kampaniya aparmaqda ittiham edir. Bildirək ki, son zamanlar Adil Vəliyevin adı bir problemli icra başçısı kimi yerli KİV-lərdə mediatik fiqura çevrilib. Ondan gələn şikayətlər, onunla bağlı faktlar mətbuatın əsas müzakirə mövzularından birinə çevrilib ki, bunu da icra başçısı tərəfindən məqsədli şəkildə təşkil olunması şəklində qəbul edildiyi bildirilir. Məlumatlı mənbənin dia-az.life-a verdiyi informasiyaya görə, aralarında əvvəlindən sərin münasibətlər olan başçı ilə birinci müavinin arası bu son olaylardan sonra daha da açılıb. Hətta iddia olunur ki, başçı birinci müavini ilə bağlı yuxarı instansiyalara şikayət də edib. Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |