Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycan tələbələrindən Türkiyədə Soma qurbanlarının yaxınlarına ürəkdağlayan müraciət
Azərbaycan tələbələrindən Türkiyədə Soma qurbanlarının yaxınlarına ürəkdağlayan müraciət15-05-2014, 14:51 |
DİA.AZ: - Qardaş Türkiyədə baş verən mədən faciəsi Azərbaycanda da böyük ürək ağrısı ilə qarşılanmaqdadır. DİA.AZ-ın redaksiyasına müraciət edən Bakı Dövlət Universitetinin bir qrup tələbəsi isə öz aralarında pul yığdıqlarını bildirməklə yanaşı, həm də faciə qurbanlarına daha hansı formada dəstək ola biləcəkləri üçün Türkiyənin Azərbaycandakı səfirliyinə müraciətə hazırlaşdıqlarını da bildiriblər. Qeyd edək ki, dia-az.life-a tələbələrimiz adından ürəkləri dağlayan bir müraciət də daxil olub. Müraciətdə deyilir: «Bu gün qardaş Türkiyə yas içindədir. Türkiyənin kədəri bizim kədərimizdir. Paylaşırıq. Bütün Azərbaycan olaraq Türkiyədəki qardaşlarımızın yanındayıq. Yüzlərlə işçinin həyatını itirdiyi bu faciədən Türkiyənin bir dövlət olaraq alın açıqlığı ilə çıxacağına şübhəmiz yoxdur. Yaxınlarını itirən bütün türkiyəli bacı və qardaşlarımıza Allahdan səbr diləyirik. Biz, azərbaycanlı tələbələrik. Böyük imkanımız yoxdur. İmkanımız çatan qədər pul toplayıb Türkiyənin Bakıdakı səfirliyinin araçılığı ilə yaxınlarını itirən türkiyəli bacı və qardaşlarımıza dəstək olmağa çalışacağıq. Üzürlü sayın ki, neft ölkəsi olan Azərbaycanın vətəndaşları olaraq elə də böyük imkanlarımız yoxdur. Amma ürəyimizlə sizin yanınızdayıq. Bir daha sizlərə səbr diləyirik»… Geri qayıt |