Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «Aqrolizinq»in keçmiş sədri Əli Bayramova cinayət işi açılır

«Aqrolizinq»in keçmiş sədri Əli Bayramova cinayət işi açılır


21-05-2014, 18:13
«Aqrolizinq»in keçmiş sədri Əli Bayramova cinayət işi açılır
DİA.AZ: - 2012-ci ildə Beyləqan rayon icra hakimiyyətinin başçısı postuna təyin edilən Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin başı dərddədir və hətta təkcə vəzifəsini deyil, həm də azadlığını itirə bilər. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlardan informasiya ötürülüb.

Məlumatlı mənbə iddia edir ki, Vaqif Abdullayevin adı bu gün istefa ərizəsi kənd təsərrüfatı naziri Heydər Əsədov tərəfindən qəbul edilən «Aqrolizinq» ASC-nin artıq sabiq hesab olunan rəhbəri Əli Bayramovla birgə - 2 milyon manatlıq vəsaitin ortaq şəkildə yeyintisində hallandırılır.

Xatırladaq ki, artıq Əli Bayramov vəzifəsindən azad edilib. O, bu gün mətbuata verdiyi açıqlamasında deyib ki, mayın 21-də öz ərizəsi ilə işdən gedib: “Səhər tezdən kənd təsərrüfatı naziri Heydər Əsədovun yanına getdim. İşdən çıxarılmağım üçün ərizə verdim. Dedim ki, səhhətimdə problemlər var, müalicə üçün Türkiyəyə getməliyəm. Nazirlə söhbətimiz bir saatdan artıq davam etdi və ərizəmi götürdü.

Sonra nazir müavini “Aqrolizinq”ə gəldi. Kollektivi topladıq, nazir müavini çıxış etdi, işimdən razılıq etdi, xeyir-dua verdi. Mən 8 il burada işləmişəm. Hər şey normaldır, heç bir problem yoxdur”.

Əli Bayramov bildirib ki, artıq “Aqrolizinq”ə sədr əvəzi təyin olunub. Cəmiyyətin sədr müavini Elşən Məmmədov sədr səlahiyyətlərini həyata keçirəcək: “Nazirə bildirdim ki, bura çətin təşkilatdır, kənardan kimisə gətirmək problem olar. Ona görə də müavinim Elşən Məmmədovun namizədliyini irəli sürdüm. Elşən Məmmədov kənd təsərrüfatı üzrə elmlər namizədidir. Bu sahə ilə bağlı müxtəlif layihələrdə işləyib. Cavan və savadlıdır. Üç aydır müavin idi”.

Amma Əli Bayramovun «heç bir problem yoxdur» deməsi heç də vəziyyətin tam təsviri deyil. Bunu da dia-az.life-a məlumatlı mənbə bildirir və iddia edir ki, bir neçə rayonun icra hakimiyyəti başçısının Əli Bayramovla ortaq şəkildə büdcə vəsaitini mənimsəməsi faktı üzrə hüquqi araşdırmalara başlanılıb ki, onların arasında ilk olaraq təftişə uğrayanı Beyləqanın icra başçısı Vaqif Abdullayevdir.

Daha dolğun bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Bütün tərəflərin mövqelərini dinləməyə hazırıq…

Geri qayıt