Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «Beko» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət

«Beko» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət


22-05-2014, 14:59
«Beko» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət
DİA.AZ: - «Məlum olduğu kimi, Türkiyənin məşhur «Beko» ticarət markası bu gün işğal altında olan Azərbaycan torpaqlarında - gözümüz Xankəndində reklam olunur. Bu fakt isə Türkiyə şirkətinin Azərbaycan dövlətinə sayğısızlığından başqa bir şey deyil». Bu sözlər DİA.AZ-a müraciət yollayan Millətçi Gənclər Hərəkatının başqanı Elnur Ataturanın bəyanatında yer alıb.

Bəyanat müəllimi bildirir ki, Azərbaycan dövləti rəsmi şəkildə «Beko» markalı mallardan imtina etməlidir: «Bu şirkət bilməlidir ki, Azərbaycan dövləti üçün Qarabağ hansı məqamdadır və biz Türkiyənin milli dövlət maraqlarını qoruduğumuz kimi, qardaş dediyimiz Türkiyə də bizim milli haqqlarımıza sayğı ilə yanaşmalıdır.

«Beko» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət

Əgər bu gün «Beko» üçün bir ovuc separatçı biznes marağı baxımından əhəmiyyətlidirsə, Azərbaycan hakimiyyəti həmin şirkətə Azərbaycan dövlətinin gücünü göstərməlidir.

Biz gənc millətçilər olaraq prezident İlham Əliyevə müraciət edirik: Cənab prezident! Hər zaman millətimiz və dövlətimiz adına yanınızda olmağa, bir əsgər kimi başımızı bu torpaq uğrunda qoymağa hazırıq. Və inanırıq ki, Azərbaycan türkünün Qarabağ haqqına təcavüz edən hər kəs - kimliyindən asılı olmayaraq layiqli cavabını alacaq.

Biz prezidentimizdən xahiş edirik ki, Azərbaycanda «Beko» markalı məhsulların satışına qadağa qoyulsun».

Geri qayıt