Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ramil Usubov mühafizə polisi sistemində böyük dəyişikliklərə imza atdı
Ramil Usubov mühafizə polisi sistemində böyük dəyişikliklərə imza atdı23-05-2014, 12:53 |
DİA.AZ: - Daxili işlər orqanlarında bir neçə rayonun mühafizə polisinin rəisi vəzifələrində dəyişikliklər baş verib. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı bilgili qaynaqlar informasiya ötürüb. Xəbəri verən mənbə bildirir ki, Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Şəki Mühafizə Polisinin rəisi Salyana, Salyan Mühafizə polisinin rəisi Şamaxıya, Şamaxı Mühafizə Polisinin rəisi Göyçaya, Göyçay Mühafizə Polisinin rəisi isə müvafiq olaraq Ağdaş rayon Mühafizə Polisinin rəisi vəzifəsinə təyin olunublar. DİA.AZ-a verilən məlumatda qeyd olunur ki, Şəki Mühafizə Polisinin rəisi vəzifəsinə Şəki İTB-nin rəisi təyin edilib. Ağdaş Mühafizə Polisinin rəisi isə Qəbələ rayon Mühafizə Polisinin rəisi postuna gətirilib. DİA.AZ onu da bildirir ki, Ağdaşa təyinat alan şəxs - Faiq Osmanlı deputat Ceyhun Osmanlının qardaşıdır. Onu da bildirək ki, məlumat yaxın saatlarda rəsmən elan ediləcək. Geri qayıt |