Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbarov təhsil sistemini dolaşıq vəziyyətə gətirib - Misir Mərdanovun kadrı nazir müavini gətirilir

Mikayıl Cabbarov təhsil sistemini dolaşıq vəziyyətə gətirib - Misir Mərdanovun kadrı nazir müavini gətirilir


26-05-2014, 11:46
Mikayıl Cabbarov təhsil sistemini dolaşıq vəziyyətə gətirib - Misir Mərdanovun kadrı nazir müavini gətirilir
DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarovun təhsil sistemində apardığı islahatların fiaskoya uğradığı və daha çox psevdo xarakteri daşıdığı artıq rəsmi dairələr tərəfindən də etiraf olunmaqdadır. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki məlumatlı mənbə iddia edir ki, Mikayıl Cabbarovun məhz səmərəsiz fəaliyyəti keçən həftə ciddi şəkildə müzakirə olunub.

Mənbənin dia-az.life-a söylədikləri: «Təhsil sistemində problemlər hələ də qalır. Mikayıl Cabbarov isə «yuxarılara» «Misir Mərdanovun adamları imkan vermir» kimi izahatlar verməklə gününü keçirir. Bu isə ona yaxşı nələrisə vəd etmir. Əksinə, bu gün Mikayıl Cabbarov Misir Mərdanovun qurduğu mexanizmanın yerində təhsildən anlayışı olmayan bir şəbəkə formalaşdırıb ki, bu şəbəkənin də bir nömrəli hədəfi daha çox pul əldə etməkdir. Əgər Misir Mərdanov 15 il ərzində milyonları qazanmışdısa, Mikayıl Cabbarovun şəbəkəsi həmin milyonları bir ilə qazanıb».

Xatırladaq ki, keçən günlərdə Hesablama Palatasının Mikayıl Cabbarovun bir illik fəaliyyətini araşdıracağı ilə bağlı məlumat yaymışdıq. Həmin məlumatın ardından DİA.AZ-a daxil olan bir başqa informasiyada qeyd olunurdu ki, əslində Mikayıl Cabbarov HP-nin məlum yoxlamasını özü təşkil etdirir və burada başlıca maraq bir illik astronomik yeyinti faktının rəsmi qaydada ört-basdır edilməsidir.

dia-az.life-a ötürülən son informasiyada isə bildirilir ki, məsələnin məhz bu şəkildə cərəyan etməsi hakimiyyətin üst düzəyinin də diqqət mərkəzindədir: «Mikayıl Cabbarovla bağlı bu həftə ciddi addımlar atıla bilər. Ola bilsin ki, köhnə təcrübəli kadrlardan birinə nazirlikdə böyük vəzifə verilsin. Hələlik müzakirələr gedir. Hətta köhnə heyət nümayəndəsinin nazir müavini təyin edilməsi də gözləniləndir».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt