Əsas Səhifə > Güney Press, Reklam > Azercell növbəti dəfə əmək yarmarkasında iştirak etdi
Azercell növbəti dəfə əmək yarmarkasında iştirak etdi26-05-2014, 16:44 |
DİA.AZ: - Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qaldı. Belə ki, şirkət may ayının 23-də Azərbaycan Dövlət İqdisad Universitetində keçirilən tələbələr və məzunlar üçün Karyera Günü və Əmək Yarmarkasında iştirak edib. Təhsil Naziri Mikayıl Cabbarov Azercell-in stendinə yaxınlaşaraq şirkətin tələbələr üçün informasiya sessiyaları ilə tanış olub. Eyni zamanda nazirə Azercell-in tələbələr üçün təklif etdiyi vakant yerlər haqqında da məlumat verilib. Yarmarkada öz fəallığı ilə seçilən Azercell-in stendi tələbələrin də böyük marağına səbəb olub. Şirkət təmsilçiləri tələbələri maraqlandıran sualları cavablandıraraq Azercell-in Tələbə Təqaüdu və Təcrübə Proqramı haqqında onlara məlumat veriblər. Yarmarkada Azercelldə karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Məlumat üçün bildirək ki, Azercell Telekom MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən əlavə təqaüd alırlar. Eyni zamanda Azercell-in həyata keçirdiyi Sosial Layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib. 2008- ildən bəri 108 nəfər gənc Azercell təqaüd və təcrübə proqramlarında iştirak edib, onlardan 9-u işə qəbul olunublar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində 3G və 4G laboratoriyaları quraşdırılıb. Azercell bacarıqlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək. Geri qayıt |